Yuxarı

III MDB Oyunları ilə əlaqədar Gəncə şəhərinin su təchizatına baxış...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

28 sentyabr - 8 oktyabr 2025-ci il tarixlərində təşkil olunacaq III MDB Oyunlarının Gəncə şəhərində keçiriləcəyi nəzərdə tutulan idman obyektləri, mərkəzi küçə və prospektlərin su təchizatı və kanalizasiya sistemlərinin vəziyyətinin qiymətləndirilməsi məqsədilə monitorinq aparılıb.

Axar.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində yaradılan komissiya üzvləri Xidmətin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Tahir Xəlilovun rəhbərliyi ilə Gəncə şəhərində müxtəlif istiqamətlər üzrə infrastruktura baxış keçiriblər.

Sukanal idarəsində texnika və avadanlıqların mövcud vəziyyəti ilə yaxından tanış olan komissiya üzvləri oyunlar ərəfəsində daha çevik və məsuliyyətli davranmağı tövsiyə edilib.

Tahir Xəlilov Xidmətin əməkdaşları ilə söhbət aparıb, problemlərin nədən ibarət olduğunu soruşub. Bu yöndə həm komissiya üzvlərinə, həm də sukanal idarəsinin əməkdaşlarına tapşırıqlarını verib.

“Dəyirmi masa” arxasında davam edən görüşdə III MDB Oyunlarının keçiriləcəyi günlərdə işçilərin hansı qrafiklə çalışacağı dəqiqləşdirilib, o cümlədən, infrastrukturun xəritə üzrə vəziyyətinə aydınlıq gətirilib. Qeyd olunub ki, oyunların keçiriləcəyi günlərdə sukanal idarəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Komissiya üzvləri Olimpiya Kompleksində, Gəncə İdman Sarayında, Şəmkir Sutəmizləyici Qurğular Kompleksində, yenidən qurulan Gəncə Stadionunda olublar. Su təchizatı təminatının vəziyyətini yerindəcə yoxlanılıb.

Tarix
2025.09.15 / 15:28
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənilər öz həyatlarını Ermənistanda tapmalıdır

İlham Əliyev İSESKO-nun Baş direktorunu qəbul etdi

Antiterror əməliyyatı hamıya dərs oldu - Prezident

Prezident Xocalıda kənd sakinləri ilə görüşdü - Foto

Prezident onu təltif etdi

Bu taktikanı qəbul etsək, sülhə nail ola bilməyəcəyik...

Ukraynalılar cəsarətlə döyüşür, Rusiya uduzur - Kelloq

XİN Bakının azad edilməsi ilə bağlı bəyanat yaydı

Azərbaycanın ərazi bütövlüyünü buna görə tanıdıq

Onlar Azərbaycanın qardaşıdır, bizim yox - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla