Yuxarı

Bu taktikanı qəbul etsək, sülhə nail ola bilməyəcəyik...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu taktikanı qəbul etsək, sülhə nail ola bilməyəcəyik...

“Tramp yolu” (və ya Zəngəzur dəhlizi) Ermənistan üçün blokadanın aradan qaldırılmasını və Azərbaycan üçün Ermənistan ərazisindən yolun açılmasını nəzərdə tutur.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Ermənistan ərazisindən keçən bir kəməri düşünün, onun hara getməsinin fərqi yoxdur. Bu, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması üçün bir amildirmi? Əlbəttə, amildir. Bu amilin olmaması problemə yol açır. Ona görə də “Tramp yolu” proqramı belə amillərdən biridir.

Təhlükəsizliyin qarantı varmı? Bəli, belə bir təminat var və bu sülhdür. Sülhdən başqa təhlükəsizliyə zəmanət ola bilməz”, - o qeyd edib.

Paşinyanın fikrincə, sülhə nail olmaq və inkişaf etdirmək müəyyən taktika və strategiyalar tələb edir:

“Elə məsələlər var ki, onlar çox həssasdır. Məsələn, bizim ilk dövrümüzdə belə bir təsəvvür yaranmışdı ki, sülhə nail olmaq üçün həddindən artıq həssas məsələləri həll etməliyik. Sonra anladıq ki, bu taktikanı qəbul etsək, heç vaxt sülhə nail ola bilməyəcəyik”.

Tarix
2025.09.15 / 13:34
Müəllif
Axar.az
Digər xəbərlər

Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi

Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!

Şahin Şıxlinskinin məhkəməsi başladı

Azərbaycandan Ermənistana neft məhsulları yola salındı - Foto

Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?

Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atılacaq?

Rusiyadan türk ölkəsinə qarşı isterika: hansı haqla “hədələyir”?

İlham Əliyev Qətər əmirini təbrik etdi

Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi

Əli Kərimlidən yeni xəbər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla