Yuxarı

Firad Əliyevə yüksək vəzifə verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:34

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Fuad oğlu Əliyev tutduğu vəzifədən azad olunub.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, o, Azərbaycan Respublikası hərbi prokurorunun böyük köməkçisi vəzifəsinə təyin olunub.

Onun yerinə ədliyyə müşaviri Samir Əzimzadə təyin olunub. Samir Əzimzadə Hərbi Prokurorluğun əməkdaşıdır.

Qeyd edək ki, bir müddət əvvəl daxili işlər nazirinin müavini, Daxili Qoşunlar Komandanı, general-leytenant Şahin Məmmədov Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Hərbi Prokurorluq arasında ictimai əlaqələrin təmin edilməsində və informasiya əməkdaşlığı fəaliyyətində fərqləndiyinə görə baş ədliyyə müşaviri Firad Əliyevi "Daxili Qoşunlar Fərmanı" ilə təltif edib.

Xatırladaq ki, Firad Əliyevi 26 iyun 2024-cü il tarixdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə və 14 avqust 2024-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikası Sərhəd Qoşunlarının Yaranması Günü münasibətilə "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə, Azərbaycan Respublikasının baş prokuroru, l dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev isə 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə xidməti vəzifələrini nümunəvi icra etdiyinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdiyi nailiyyətlərə görə "Prokurorluğun fəxri işçisi" döş nişanı ilə təltif ediblər.

Məlumat üçün vurğulayaq ki, baş ədliyyə müşaviri Firad Fuad oğlu Əliyev Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr təhsil pilləsini 2002-ci ildə, magistr təhsil pilləsini isə 2004-cü ildə fərqlənmə diplomları ilə bitirərək, universitet rəhbərliyi tərəfindən "Hüquq fakültəsinin ən nümunəvi məzunu" adına layiq görülüb. 12 aprel 2005-ci il tarixdən prokurorluq orqanlarında qulluq keçir və xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif şəkildə təltif olunub, o cümlədən ona "ədliyyə müşaviri" və "baş ədliyyə müşaviri" rütbələri vaxtından əvvəl verilib.

Tarix
2025.09.19 / 15:00
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı 14 tələbəni Qəzzadan təxliyə etdi - Foto

Simonyan nümayəndə heyəti ilə Bakıya gəlir - İlk dəfə

Bakıdan İrəvana getdi

Bu orden 33 ildir heç kəsə verilməyib: İlham Əliyev alsın!

Türkiyə-Rusiya ittifaqı? - Baxçalının təklifi ölkəni silkələdi

20 sentyabr tariximizin ən dəyərli səhifələrindən biridir

Ayfon-17-lərin Bakıdakı qiyməti – Tam siyahı

Azərbaycanla strateji addımlar atırıq – İrandan açıqlama

MM-də Dövlət Suverenliyi Günü ilə bağlı konfrans başladı

Trampın Əliyevlə bağlı paylaşımı – Bozoyan “narahat” oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla