Yuxarı

Nazirin nə ixtiyarı var ki, ona səlahiyyət versin?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirin nə ixtiyarı var ki, ona səlahiyyət versin?

Albaniya baş naziri “Diella” adlı (Alban dilində “günəş” deməkdir) süni intellekt proqramını tender və satınalmalar üzrə nazir təyin edib. “Diella” dünən Albaniya parlamentində “çıxış” edib, fəaliyyətindən danışıb.

Sözügedən mövzuyla bağlı siyasi ekspert Natiq Cəfərli Axar.az-a açıqlamasında bildirib ki, bunu hökumətin məsuliyyətdən qaçmaq cəhdi kimi dəyərləndirmək olar.

“Bu çox təhlükəli, siyasət adına yolverilməz yanaşmadır, belə eksperimentlərin geniş yayılmasına imkan vermək olmaz. Siyasət, hökumət insan işidir, vətəndaşın seçimidir, nazir siyasi vəzifədir, seçki ilə səlahiyyət verilir, bu isə seçici qarşısında məsuliyyət yaradır. “Nazir” süni intellekt səhv etsə, bu məsuliyyət yaradırmı?! Seçici bu məsələyə səs verməyibsə, baş nazirin nə ixtiyarı var ki, süni intellektə səlahiyyət versin?!” - ekspert vurğulayıb.

N.Cəfərlinin fikrincə, bunu həm də Albaniyanı tanıtmaq və inkişaf etdiyini göstərmək üçün PR aksiyası kimi dəyərləndirmək olar:

“Albaniya üçün bu yaxşı piar ola bilər. Dünyada minlərlə media, sayt bu haqda məlumat yaydı, belə ölkənin olduğunu son günlər bir Tramp, bir də bu xəbər dünyaya bir daha tanıtdı. Ümumiyyətlə, süni intellekt insan əməyinin nəticəsidir və onu insandan ayrı düşünmək olmaz.

Bunu piara, “gözəl təqdimat”a çevirməyə ehtiyac yoxdur. Bəli, süni intellekt insanlara kömək edəcək, daha çox yayılacaq. Bir neçə il sonra süni intellekt kimi köməkçimiz də olacaq, bizim yerimizə kommunal ödəyəcək, taksi çağıracaq və s. Lakin süni intellekt siyasətlə məşğul ola bilməz. Süni intellekt insan tərəfindən idarə olunan və manipulyasiyalara məruz qala biləcək bir məsələdir. Ümid edirəm ki, Albaniya hökumətinin bu piar gedişi qlobal eksperiment deyil, lokal olacaq və tez bitəcək...”

Tarix
2025.09.20 / 08:30
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Köçəryanla bağlı faktlar: Xüsusi agent olub... - Video

1998-ci ildə ATƏT Qarabağla bağlı nə qərar vermişdi? - Video

XİN rəhbəri Əlcəzair prezidenti ilə görüşdü

Azərbaycan və Fransa arasında mühüm danışıqlar...

Zəfər Günü: İlham Əliyevə təbriklər davam edir

Buğda yüklü qatar Azərbaycandan Ermənistana getdi - Foto

İlham Əliyev Özbəkistana dəvət edildi

Yunanıstan onu Azərbaycana səfir göndərir

Babayevdən gəlir vergisi barədə açıqlama: Aşağıdır...

Ermənistanda türk dilinin tədrisi... - Andreasyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla