Yuxarı

Banka borcu olanlar üçün vacib açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kredit gecikmələrinə görə tətbiq edilən cərimələr bəzən ümumi borcun əhəmiyyətli hissəsinə çevrilir. Nəticədə vətəndaşın onsuz da ödəyə bilmədiyi kredit borcunun məbləği cərimə faizləri hesabına daha da artır.

Maraqlıdır, qanunvericiliyə əsasən, ödənişin gecikməsinə görə hansı miqdarda və müddətdə cərimə tətbiq edilə bilər?

Axar.az Xəzər TV-yə istinadla xəbər verir ki, iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, əgər vətəndaş istehlak krediti götürürsə, bu halda gecikməyə görə maksimum 5 faiz əlavə cərimə təyin edilə bilər.

Onun sözlərinə görə, hazırda Mərkəzi Bankın uçot dərəcəsi 7 faizdir. Üzərinə 2 faiz əlavə edilməklə, biznes kreditlərində isə maksimum 9 faizə qədər gecikmə faizi tətbiq oluna bilər.

Ekspert, həmçinin qeyd edib ki, bütün cərimə şərtləri kredit müqavilələrində mütləq göstərilməlidir.

Yeri gəlmişkən, Mərkəzi Bankın bu ilin iyul ayının sonuna olan məlumatına əsasən, ölkədə kredit təşkilatlarının verdikləri borcların 529.4 milyon manatının ödəniş müddəti keçib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz və ya 34.7 milyon manat çoxdur.

Tarix
2025.09.21 / 11:56
Müəllif
Axar.az
Digər xəbərlər

İsrail 7 ölkəni vurdu: “Ərəb NATO-su” yaranır - Türkiyə də...

Mİ6-nın rəhbəri İstanbulda istefa verdi - Dünyaya mesaj

İlham Əliyev Malta prezidentini təbrik etdi

Bakıda cütlüyün nikahına prezident də gəldi - Video

AzTV-nin keçmiş sədri vəfat etdi

Azərbaycan istehsalı olan maşını vurduq - Rusiya MN-dən şok

Əhmədzadənin arxasında kim dayanır?

İlham Əliyevdən Ruanda lideri ilə görüşünə dair - Video

Gevorq Papoyan Zəngəzur dəhlizi üçün ABŞ-a gedir

Adnan Əhmədzadənin həbsində sensasion detallar üzə çıxdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla