Yuxarı

Rus təyyarəsini kim vuracaq? Türkiyə 15 saniyəyə... - Rişu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus təyyarəsini kim vuracaq? Türkiyə 15 saniyəyə... - Rişu

ABŞ-ın Avropadan çəkilməsi NATO-nu zəiflətdi. Rusiya Prezidenti Vladimir Putin isə NATO-nu sınamağa və üzv ölkələrin reaksiyasını cəzasız provokasiyalarla yoxlamağa davam edəcək.

Axar.az xəbər verir ki, bunu Fransa generalı, hərbi strategiya üzrə ekspert Nikola Rişu bildirib.

O qeyd edib ki, NATO bir koalisiyadır. Eyni zamanda müdaxilə lazım gələndə yekdillik tələb olunur və Putin bunu yaxşı bilir:

“Vladimir Putinin qərar qəbul etməkdə birliyi var, çünki bütün qərarları təkbaşına verir, buna görə də daha sürətli hərəkət edir. Çünki koalisiya – həmişə müzakirədir, qərara gəlmək daha çətindir. Bu halda rus təyyarəsini vurmaq qərarını kim qəbul edəcək?”

General xatırladıb ki, 2015-ci ildə Türkiyə onun hava məkanını cəmi 15 saniyə pozan rus Su-24 təyyarəsini vurmuşdu:

“Mən çox atlantistəm və gördüklərimdən tamamilə sarsılmışam. ABŞ-a artıq etibar edə bilmədiyimiz andan etibarən avropalıların cəsarəti göz önündə zəifləyir. Yalnız Fransa qalır, bəlkə də Böyük Britaniya. Buna görə də NATO ölkələrinin koalisiyası əslində mövcud deyil. Rusiya isə davam edəcək”.

Tarix
2025.09.21 / 10:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

47 min Qarabağ ermənisi vətəndaşlıq aldı

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla