Yuxarı

Adnanın Dubaydakı 67 milyonluq dəbdəbəli mənzili - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Adnanın Dubaydakı 67 milyonluq dəbdəbəli mənzili - Foto

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən iş adamı Adnan Əhmədzadə ilə bağlı daha bir fakt üzə çıxıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, iş adamı qanunsuz yollarla əldə etdiyi pullar hesabına Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) özünə dəbdəbəli və bahalı mənzil alıb.

Söhbət “Baccarat Residences in Downtown Dubai” (və ya “Baccarat Hotel & Residences Dubai”) yaşayış-otel kompleksində 67 milyon dirhəmə (31 milyon manat) alınan mənzildən gedir.

İki qülləli bina otel və yaşayış kompleksindən ibarətdir.

Burada “Baccarat” brendi altında idarə olunan 5 ulduzlu otel yerləşir.

“Residences” hissəsi də, adından məlum olduğu kimi, yaşayış kompleksidir - premium mənzillər və penthauslar.

Bura iki prizmatik (şüşə fasadlı) qüllədən ibarət ultra-lüks rezidensdir, 48 mərtəbədir. “Şeyx Zayed Road” yaxınlığındadır, “Biznes Bay”, DIFC, “Bürc Xəlifə”, “Dubay Moll”, “Dubay Opera” kimi ticarət, biznes və mədəniyyət mərkəzlərinə nəqli baxımdan əlçatandır.

Həmin kompleksdə mənzillərin qiyməti aşağıdakı kimidir:

İki otaqlı mənzil - 18-22 milyon dirhəm

Üç otaqlı mənzil - 27-28 milyon dirhəm

Dörd otaqlı mənzil - 45-47 milyon dirhəm

Beş otaqlı mənzil – 65-76 milyon dirhəm

Belə məlum olur ki, Adnan Əhmədzadə Dubayın mərkəzində beş otaqlı mənzilin sahibi olub.

“Baccarat Residences Downtown Dubai” binasının tamamlanma (təhvil verilmə) tarixi 2026-cı ilin 4-cü rübü olaraq planlaşdırılır.

Tarix
2025.09.25 / 10:58
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla