Yuxarı

34 yaşlı keçmiş hərbçi 1 aydır itkin düşüb - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

34 yaşlı keçmiş hərbçi İsgəndər Tahir oğlu Məmmədov itkin düşüb.

Axar.az xəbər verir ki, bu barədə Oxu.az-a onun tanışı Səbuhi Əsədov məlumat verib.

Səbuhi Əsədov bildirib ki, İsgəndər Məmmədov keçmiş hərbçi olub, şizofreniyadan əziyyət çəkirmiş:

"Çox mərifətli, qanacaq sahibi insan olub. Mənim işçim idi. Bakıda işləyirdi. Psixoloji müalicə alırdı. Dərmanlar qəbul edirdi. Son iki-üç ayda dərmanların ağır təsirlərinə görə qəbulu dayandırıb. Sonra mənə dedi ki, bir az istirahət etmək istəyir. Quba rayonuna getdi.

TV-də onun barəsində danışılıb və şizofreniyadan əziyyət çəkdiyini də o zaman öyrəndim. Hazırda biz çox narahatıq ki, birdən özünə nəsə edər, başına pis hadisə gələr. Habelə psixoloji problemləri olduğuna görə hər hansı hadisəni törədə biləcəyindən narahatlıq duyuruq.

Quba rayonunda polis əməkdaşlarına müraciət edilib".

O qeyd edib ki, İsgəndər Məmmədov avqustun 11-də evdən çıxıb, bir daha geri qayıtmayıb:

"Avqustun 11-də Qubada psixoloji mərkəzin işçiləri onu müəssisəyə aparmaq üçün evə gəldikdə İsgəndər qorxub, evdən qaçıb. Üzərində nə telefon, nə də pul götürüb. Evdən çıxan gündən bəri ondan heç bir xəbər yoxdur, izi-tozu itib. Evin tək övladıdır. Anasının gözü yollarda qalıb. Onu görən, tanıyan, bilən şəxslərdən məlumat vermələri xahiş olunur".

Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, hazırda İsgəndər Məmmədovun tapılması üçün axtarış elan olunub:

"Onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür".

Tarix
2025.09.26 / 13:11
Müəllif
Axar.az
Digər xəbərlər

Mübarizin öldürülməsi ilə bağlı sənədlər elan olundu

İlham Əliyev ABŞ-a səfəri ilə bağlı paylaşım etdi - Video

Tramp Rusiyadan istifadə etdi, istəyinə nail oldu

Əliyev onları Azərbaycana yatırıma səslədi

BMT sessiyası: İlham Əliyev paylaşım etdi - Video

İlham Əliyev əsl dostdur - Vuçiç

Suriyadan 7 azərbaycanlı ölkəmizə gətirildi

İlham Əliyev Berdiməhəmmədovu təbrik etdi

Konqresin 907-ci düzəlişi ləğv etməsi... - Prezident

İran, Azərbaycan və Rusiya üçtərəfli görüşə hazırlaşır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla