Yuxarı

Əmək haqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birbank müştəriləri üçün unikal imkanların əhatəsini genişləndirir. Belə ki, artıq Kapital Bank-a məxsus əmək haqqı və təqaüd kartları ilə edilən ödənişlər də bonus qazandırır. Bunun üçün Birbank mobil tətbiqində uyğun bonus kateqoriyalarını seçmək yetərlidir. Qeyd edək ki, bonus hər ay mütəmadi olaraq yenilənir və istifadəçilərə 4 fərqli istiqamətdə bonuslar qazanmaq şansı yaradır. Bu kateqoriyalara telefon, internet, kommunal və TV ödənişləri, market, kafe, restoran, taksi, aptek, hotel, YDM və digər xidmətlər daxildir.

Toplanmış bonuslardan Birbank mobil tətbiqi üzərindən kommunal və mobil ödənişlərdə, eləcə də m10, Birmarket, BakıKart QR, Trendyol və minlərlə partnyor mağazalarda istifadə etmək mümkündür. Sentyabr ayından etibarən mərhələli şəkildə tətbiq olunan yenilik yaxın zamanda daha çox müştəri üçün əlçatan olacaq.

Ətraflı məlumat üçün: birbonus.az

Qeyd edək ki, Bir ekosistemin vahid loyallıq proqramı olan Bir Bonus – Birbank, m10, Birmarket və digər ekosistem brendləri ilə yanaşı minlərlə tərəfdaşda istifadəçilərə bonus qazanmaq və onları asanlıqla xərcləmək imkanı yaradır. Bir ekosistem müştəriləri Birbonus proqramına avtomatik olaraq qoşulur və bütün imkanlardan yararlanmaq şansı əldə edir. Bonusları BakıKart biletindən Trendyol sifarişinə, mobil balansdan Birmarket alış-verişinə qədər rahatlıqla istifadə etmək mümkündür.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 121 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2025.09.26 / 12:25
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp Rusiyadan istifadə etdi, istəyinə nail oldu

Əliyev onları Azərbaycana yatırıma səslədi

BMT sessiyası: İlham Əliyev paylaşım etdi - Video

İlham Əliyev əsl dostdur - Vuçiç

Suriyadan 7 azərbaycanlı ölkəmizə gətirildi

İlham Əliyev Berdiməhəmmədovu təbrik etdi

Konqresin 907-ci düzəlişi ləğv etməsi... - Prezident

İran, Azərbaycan və Rusiya üçtərəfli görüşə hazırlaşır

Şahin Mustafayev Bəndər Abbas limanında - Foto

Tramp Rusiyanı aşağıladı – Putinlə “anlaşıb”?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla