Yuxarı

ADU-da xüsusi tədbir: Polşa və belçika səfirləri gəldi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADU-da xüsusi tədbir: Polşa və belçika səfirləri gəldi

Sentyabrın 26-da ADU-da “Avropa dilləri günü” münasibətilə tədbir keçirilib.

Axar.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponu və Polşa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Pavel Radomskini salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib.

Qeyd olunub ki, ADU-da iyirmidən çox dil tədris olunur. Tələbələr müasir tədris metodları ilə xarici dil biliklərinə yiyələnir, müxtəlif mübadilə proqramlarında iştirak edirlər.

ADU-nun QS reytinqlər cədvəlində uğurlu nəticə əldə etməsindən danışan rektor beynəlxalq əlaqələrin qurulmasında görülən işlər haqqında məlumat verib.

Kamal Abdulla bu günün yalnız Avropa üçün deyil, bütün dünya üçün əlamətdar olduğunu deyib. Bildirilib ki, həm Polşa, həm də Belçika respublikaları Azərbaycanın sıx əməkdaşlıq etdiyi ölkələr sırasındadır. Bu əməkdaşlıq özünü elmi, mədəni sahələrdə də göstərməkdədir.

Səmimi qarşılanmaya və qonaqpərvərliyə görə təşəkkürünü bildirən Polşa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski ölkələr arasında elmi, mədəni əlaqələrin qurulmasının vacibliyindən danışıb.

Bildirilib ki, ADU-da polyak dilinin tədrisi bu əlaqələrin inkişafına müsbət töhfə verir.

Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Julyen de Frepon Avropa dilləri gününə həsr olunan tədbirdə iştirak etməkdən məmnun olduğunu bildirib. O, multikulturalizmin, dil müxtəlifliyinin AB-nin əsasını təşkil etdiyini söyləyib.

Səfir çıxışında ölkələr arasında dil və mədəniyyət sahəsində görülən işlər haqqında danışıb.

Söylənilib ki, müasir dünyada dil və mədəniyyət xalqların bir-birinə yaxınlaşması və tanıdılması baxımından böyük önəm kəsb edir.

Görüş tələbələrin sualları ilə davam edib.

Tarix
2025.09.26 / 21:58
Müəllif
Axar.az
Digər xəbərlər

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla