Yuxarı

Ali Media Mükafatının qalibləri - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ali Media Mükafatının qalibləri - Siyahı

Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatının mükafat komissiyasının iclası keçirilib.

Şuradan Report-a verilən məlumata görə, Şuranın İdarə Heyətinin üzvlərindən ibarət komissiya mükafatın 2016-cı il üçün laureatlarının müəyyənləşdirilməsi məsələsini nəzərdən keçirib.

Müzakirələrdən sonra aşağıdakı adları qeyd edilən şəxslər Ali Media Mükafatının 2016-cı il üçün laureatları olaraq təsdiqləniblər. Laureatlara mükafatlar bu gün – 22 iyul 2016-cı il tarixdə milli mətbuatımızın 141 illiyi ilə bağlı "Altun saray" restoranında keçiriləcək təntənəli mərasimdə təqdim olunacaq.

Ali Media Mükafatının 3-cü dərəcəsi üzrə - Media sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətlərinə görə təltif ediliblər:

Seyfəddin Hüseynli, "525-ci qəzet"in baş redaktor müavini;

Azər Ayxan, "Yeni Müsavat" qəzetinin baş redaktor müavini;

Aida Eyvazova, jurnalist-publisist;

Rəfiqə Sadıqova, "Gəncənin səsi" qəzetinin baş redaktoru;

Rəşid Hüseynov, jurnalist-publisist.

Ali Media Mükafatının 2-ci dərəcəsi üzrə laureatlar:

Umud Rəhimoğlu, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri - Azərbaycan həqiqətlərinin təbliğindəki xidmətlərinə görə təltif edilir;

Müsəllim Həsənov, Bakı Media Mərkəzinin redaktoru – Media sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilir.

Ali Media Mükafatının 1-ci dərəcəsi üzrə laureat – qalib:

Sona Vəliyeva, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru – Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin yaradıcılığından bəhs edən "İşığa gedən yol" romanına görə təltif edilir.

Qeyd edək ki, Ali Media Mükafatı Mətbuat Şurasının İdarə Heyətinin 6 iyul 2010-cu il tarixli iclasının qərarı ilə təsis edilib. Mükafatının Əsasnaməsinə uyğun olaraq Azərbaycanda jurnalistikanın inkişafı sahəsində çoxillik xidmətləri olan, səmərəli fəaliyyətini indi də davam etdirən, həmçinin mediamızın çağdaş problemlərinin həllində təşəbbüskarlığı və təşkilatçılığı ilə fərqlənən şəxslərin əməyinin qiymətləndirilməsi əsas götürülüb.

Hər il 22 iyul Milli Mətbuat Günündə təqdim olunan mükafatın 3 dərəcəsi var. İclasda birinci dərəcə üzrə 1, ikinci dərəcə üzrə 2, üçüncü dərəcə üzrə 5 laureat müəyyənləşdirilib.

Ali Media Mükafatının 3-cü dərəcəsi üzrə laureatların hər birinə 1000, 2-ci dərəcəsi üzrə 2000 manat pul təqdim edilir. 1-ci dərəcə üzrə laureat isə 5000 manat pulla mükafatlandırılır.

Tarix
2016.07.22 / 15:28
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla