Mehdiyevin 50 nəfərlik siyahısında kimlər olacaqdı? - Millət vəkili
21:09
| Ana səhifə Toplum |
|
Sabah Bakının Suraxanı rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Axar.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, "Əhmədli" qaz kəməri üzərində klapanın quraşdırılması işləri ilə əlaqədar oktyabrın 29-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin Y.Eyvazov, C.Qurbanov, V.Quliyev, F.Kərimzadə, Ə.Mehmalıyev, Z.Şərifov, R.Alıcanov, M.Fətəliyev, Q.Vəliyev, Şadlinski, Y.Əliyev, Neftçi, K.İsmayılov, E.Bəkirli (bir hissəsi), Vağzal, Gənclər, Hacinski küçələrinin və 40-42-50/60, 40-48-ci kvartallarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
|
Tarix
2025.10.28 / 18:00
|
Müəllif
Axar.az
|