Yuxarı

66 şəhər və rayon büdcədən pul ala bilməyəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
66 şəhər və rayon büdcədən pul ala bilməyəcək

Cari illə müqayisədə 2026-cı ilin dövlət büdcəsi layihəsində şəhər və rayonların gəlirlərindən mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsində artım, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait üzrə isə azalma proqnozlaşdırılıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının Rəyində öz əksini tapıb.

2026-cı ilin dövlət büdcəsi layihəsində yerli gəlirlər 758,3 mln. manat, yerli xərclər isə 759,1 mln. manat məbləğində proqnozlaşdırılıb ki, bu da 2025-ci ilin göstəricilərindən, müvafiq olaraq, 36,7 mln. manat (4,6%) və 41,2 mln. manat (5,1%) azdır.

Təqdim olunan məlumatların təhlili 2026-cı ilin dövlət büdcəsi layihəsində yerli gəlirlərin əksər şəhər və rayonlar üzrə azalma ilə proqnozlaşdırıldığını göstərib.

Qanun layihəsinə əsasən, 2026-cı ildə şəhər və rayonlardan 66-sı (Cəbrayıl, Xocalı, Kəlbəcər və Yardımlı rayonları əlavə olunmaqla) xərclərini dövlət büdcəsindən maliyyə yardımı (dotasiya) almadan öz gəlirləri hesabına təmin edəcəklər. Yerli gəlir və xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyə yardımının (dotasiyanın) ayrılması məqsədilə 1 rayon (Xocavənd) üzrə 0,8 mln. manat vəsait proqnozlaşdırılıb. Son illər üzrə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyə yardımının (dotasiyanın) ayrılması nəzərdə tutulan rayonların sayında və vəsaitin məbləğində azalma tendensiyası müşahidə olunub.

Tarix
2025.11.04 / 13:02
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla