Yuxarı

Bütün avtovağzallar gücləndirilmiş rejimə keçir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bütün avtovağzallar gücləndirilmiş rejimə keçir

8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 8-11 noyabr tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, AYNA şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişindaşımaları yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, kassalardan tariflərə uyğun biletlərin qanunamüvafiq qaydada satışının həyata keçirilməsi, yarana biləcək sərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verib.

Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) bayram günlərində sərnişin axınına uyğun olaraq, marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq.

Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobusun buraxılması təmin ediləcək.

Vətəndaşlar biletləri avtovağzalların kassalarından, həmçinin, "biletim.az" portalından onlayn qaydada əldə edə bilərlər. Qeyd edək ki, "biletim.az" portalında 56 şəhər və rayona, 86 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 346 reys olmaqla 394 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.

Xatırladaq ki, Bakıdan bölgələrə böyük sərnişin axını nəzərə alınaraq reyslərin vaxtında yola düşməsi, avtobusların düzgün komplektləşdirilməsi və digər təşkilati məsələləri əngəlsiz təmin etmək məqsədilə reyslər üzrə bilet satışları avtobusların yola düşməsinə 15 dəqiqə qalmışa qədər həyata keçirilir. Avtobusun yola düşməsinə 15 dəqiqədən az vaxt qaldıqda biletlər artıq növbəti reys üçün təqdim olunur. Bu qayda "biletim.az" portalı üzərindən və avtovağzalın kassalarından əldə edilən biletlərə şamil edilir.

Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada "biletim.az" portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.

Tarix
2025.11.05 / 12:51
Müəllif
Axar.az
Digər xəbərlər

Mirzoyandan azərbaycanlı jurnalistə: Çeynənmiş sual...

“Tramp yolu”na Kreml etiraz edib? - Mirzoyan

Mehdiyevin Qəbələdə 3 villası varmış - Xüsusi məqam...

Bakıdan İrəvana daha bir jest - Qriqoryan da danışdı

Beynəlxalq tədbir: Narkotik dövriyyəsi ilə mübarizə...

Prezident bu qurumların rəhbər şəxslərini qəbul etdi - Foto

Azərbaycanla sülh bu halda uzunmüddətli olacaq

Heydər Əliyev həmin məqamda protokolu pozdu... - Zülfüqarov

Şoyqu Usubovla bu gün görüş keçirəcək

Zəngəzur dəhlizi açılsa, Gürcüstan itirəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla