Yuxarı

Azərbaycanda bu şəxslər pensiyaya 5 il tez çıxa bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda bu şəxslər pensiyaya 5 il tez çıxa bilər

Azərbaycanda üç və daha çox uşağı olan ailələrin nümayəndələrinin 5 il tez güzəştlə pensiyaya çıxmasının tətbiq olunması istiqamətində qanunvericilikdə dəyişikliklər edilməsi təklif olunub.

Axar.az xəbər verir ki, bununla bağlı təklifi deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Əmək və sosial siyasətin komitələrinin bu gün keçirilən birgə iclasında verib.

Onun sözlərinə görə, pensiyaların artırılmasının mənbələri çoxdur: "Əsas mənbələrdən biri bilavasitə ümumi daxil məhsulda əməyin ödəniş xərcləridir. Təhlillər zamanı görürük ki, bu xərclərin ÜDM-də payı Azərbaycanda uzun müddət 20 %-dən aşağı və onun ətrafında olub. Bu, MDB ölkələri ilə bağlı göstəricidən, orta göstəricidən iki dəfə aşağıdır. Son illərdə bununla bağlı müəyyən dəyişiklər, tərəqqi var".

O qeyd edib ki, vətəndaşlar pensiyaya tez çıxmaqla bağlı xeyli suallar ünvanlayırlar: "Son illər yaxşı addımlar atılır. Güzəştli şərtlərlə pensiyaya çıxanların dairəsi genişlənir".

Deputat əlavə edib ki, Azərbaycanda pensiyaya 5 il tez çıxmaq güzəşti 5 və ondan artıq uşağı olan analara verilib: "Gənc ailələrdə 5 və ondan artıq uşaq çox nadir hadisədir. Təklif edirəm ki, 3 və daha çox uşağı olan ailələrin nümayəndələrinin 5 il tez güzəştlə pensiyaya çıxmasının tətbiq olunması istiqamətində qanunvericilikdə dəyişikliklər olunsun".

Tarix
2025.11.05 / 13:23
Müəllif
Axar.az
Digər xəbərlər

Bakının üç rayonunda qaz təchizatı dayandırılır

Bakı onlarla tərəfdaşlığa sadiqdir - XİN rəsmisi

Azərbaycan və Niderland arasında mühüm müzakirə

FHN yanında İctimai şuranın üzvləri bir araya gəldi

Ermənistanla sərhəddə mina partlayışı: XİN-dən reaksiya

Mirzoyan Rubionun müavini ilə görüşdü

ANAMA əməkdaşı minaya düşdü, ayağı amputasiya edildi

ABŞ dövlət katibinin müavini Azərbaycana gəlir

Qiymət 3 dəfə qalxdı, 3 gündür verilmir - Nə qədər pul “silinir”?

Əliyevadan Milli Dirçəliş Günü ilə bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla