Yuxarı

Naxçıvan FHN-in mülki müdafiə təlimi keçirildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvan FHN-in mülki müdafiə təlimi keçirildi - Video

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin və Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ordubad şəhəri, Şəhriyar qəsəbəsində “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.

Axar.az xəbər verir ki, təlimdə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi, Əlahiddə Ümumqoşun Ordunun müvafiq bölmələri, Ordubad Rayon Polis Şöbəsi, Təcili Tibbi Yardım Xidməti, rayonun Fövqəladə Hallar Komissiyası, mülki müdafiə qərargahı, mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri iştirak ediblər.

Təlimin keçirilməsində məqsəd fövqəladə hadisələr zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili üçün mülki müdafiə tədbirlərinin effektli səviyyədə yerinə yetirilməsinin təmin edilməsi, mülki müdafiə qüvvələrinin idarə olunması ilə bağlı vaxtında və düzgün qərarların qəbul edilməsi, həmçinin xilasetmə işlərinin təşkili və aparılması üzrə şəxsi heyətin əməli vərdişlərinin təkmilləşdirilməsindən ibarət olub.

Tədbirdə, mülki müdafiə dəstələrinə sıra baxışı keçirildikdən sonra təlim üçün nəzərdə tutulan qərargahda müşavirə keçirilib.

Sonra kompleks mülki müdafiə təliminə start verilib.

Təlim zamanı şərti irimiqyaslı fövqəladə hadisə zamanı Fövqəladə Hallar Nazirliyinin qüvvələri ilə Əlahiddə Ümumqoşun Ordunun müvafiq qüvvələri və hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin və əməliyyat qərargahının işinin təşkili, “xilasetmə və digər təxirəsalınmaz tədbirlər” uğurla həyata keçirilib.

Belə ki, ilk olaraq qüvvələrin hazırlığı yoxlanılıb, idarəetmə, qarşılıqlı fəaliyyət, mühafizə və komendant xidməti təşkili edilib. Əraziyə hərəkət üçün uçqun nəticəsində dağılan yollar bərpa olunub, mülki müdafiə kəşfiyyatı aparılıb, yanğınlar söndürülüb və zərərçəkən insanlar təxliyə edilib. Hüquq mühafizə orqanları tərəfindən ərazinin təhlükəsizliyi təmin olunub. Baş verən avtomobil qəzasının nəticələri, sel sularının törətdiyi fəsadlar aradan qaldırılıb, bəndbərkitmə və sularda axtarış-xilasetmə işləri aparılıb. Fövqəladə hal zonasında qəza-xilasetmə və digər təxirəsalınmaz əməliyyatlar icra edilib, zərərçəkmişlərə tibbi yardım göstərilərək səhiyyə müəssisələrinə təxliyə edilib, qaz, elektrik, su və rabitə sistemlərində qəza-bərpa işləri aparılıb, epidemiya əleyhinə tədbirlər görülüb.

Kompleks təlimə ümumilikdə 450 nəfərə yaxın şəxsi heyət və 57 ədəd xüsusi təyinatlı texnika cəlb edilib.

Uğurla reallaşdırılan təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Tarix
2025.11.05 / 13:18
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya niyə Əli Kərimlini müdafiə etmir? - Mühüm səbəb

İran XİN-dən Azərbaycanla bağlı açıqlama...

Abbas Arakçı Azərbaycana gəldi - Foto

Tramp Zəngəzur dəhlizinin açılmasında maraqlıdır – Vəliyev

Hacıyev və Qriqoryanın müzakirəsi - Video

İlham Əliyev Qırğızıstan nümayəndə heyəti ilə görüşdü

ABŞ-ın Təhlükəsizlik Strategiyasında Azərbaycan adı...

Arakçı Azərbaycandan sonra bu ölkələrə gedəcək

Xalqlarımızı sülhə hazırlamalıyıq – Hikmət Hacıyev

Hikmət Hacıyev KƏŞ-in baş katibi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla