Yuxarı

"Xaqani"dəki 888, 444 və 777 nömrəli maşınlar kimindir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Xaqani"dəki 888, 444 və 777 nömrəli maşınlar kimindir?

Bakının mərkəzində, Xaqani bağının yaxınlığında çəkilən görüntülər müzakirələrə səbəb olub.

Axar.az milli.az-a istinadən xəbər verir ki, restoranlardan birinin qarşısında 888, 444 və 777 nömrəli avtomobillər parklanıb.

Həmin ərazidəki qanunsuz parklanmanın şəklini çəkən sosial şəbəkə istifadəçisi AYNA-nın əməkdaşlarını rüşvət almaqda ittiham edib.

AYNA isə şəklə reaksiya verərək həmin avtomobillərinin sürücülərinin sözügedən ərazidə yaşadığını qeyd edib:

"Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyinin yaydığı məlum məlumatla bağlı yoxlama aparılıb. Şəkillərdə göstərilən avtomobillərin həmin ərazidə yerləşən yaşayış binalarında rəsmi qeydiyyatda olan sakinlərə məxsus olduğu müəyyən edilib.

Bir daha bildiririk ki, bu əraziyə yalnız yaxınlıqdakı binalarda qeydiyyatda olan şəxslər və kommunal xidmətlərlə yanaşı, operativ xidmət avtomobilləri daxil ola bilər".

Xatırladaq ki, bu ilin 17 mart tarixindən etibarən həftə sonları Xaqani bağının yaxınlığındakı küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Tarix
2025.11.18 / 11:54
Müəllif
Axar.az
Digər xəbərlər

Zaxarova Azərbaycana təşəkkür etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

TDT baş katibi Azərbaycana gəldi

İranın ciddi müqavimətinin arxasında kimlər dayanır?

Paşinyan sabah Moskvaya gedir - Putinlə sövdələşəcək!

Rusiya səfiri Azərbaycana təşəkkür etdi

Belçika Azərbaycana təşəkkür etdi

Səyyad Aranın qalmaqallı sözlərinə deputatlardan reaksiya

Bakıda rekord yağışların səbəbi müharibədir? - Şok açıqlama

29 il öncə Heydər Əliyev Ağ Evin xatirə kitabına nə yazmışdı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla