Yuxarı

Rəqsanə İsmayılova ilə bağlı cinayət işinə xitam verilə bilər?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəqsanə İsmayılova ilə bağlı cinayət işinə xitam verilə bilər?

Zərərçəkən tərəfə borc məbləğimiz qalıbsa, bunu ödəyəcəyik.

Axar.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Rəqsanə İsmayılovanın vəkili Hikmət Əliyev müdafiə etdiyi tərəfin ev dustaqlığına buraxılmasını şərh edərkən deyib.

Vəkil "Zərərçəkən tərəf iddia edir ki, Rəqsanə xanım ev dustaqlığına buraxılması üçün vəkili vasitəsilə onlarla əlaqə saxlayıb. Bu doğrudur?" sualına belə cavab verib:

"Açığı, bununla bağlı məlumatım yoxdur. Sadəcə zərərçəkənlərlə razılıq əldə olundu. Aramızda hər hansı problem qalmayıb. Qarşı tərəfə borc məbləğimiz qalıbsa, bunu ödəyəcəyik. Lakin hazırkı məqamda müdafiə etdiyim tərəfin cinayət işinin maraqları naminə ödənilən məbləğin miqdarını açıqlaya bilməyəcəyəm. Onu qeyd edə bilərəm ki, Rəqsanə xanımın ev dustaqlığı həbsinin qalan hissəsini əhatə edəcək".

Vəkil əlavə edib ki, zərər tam ödənildikdən sonra Rəqsanə İsmayılova ilə bağlı cinayət işinə xitam verilə bilər.

"O, ev dustaqlığı dövründə müğənniyə hər hansısa məhdudiyyət tətbiq olunub?" sualına isə cavab vermək istəmədiyini bildirib.

Tarix
2025.11.20 / 09:57
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə danışdı

Qırğızıstanın baş naziri Bakıya gəldi

İsrailin Xəzər dənizində yaratdığı təhlükə... - Rusiya

Bayramov Hindistanın yeni səfirini qəbul etdi

Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşdü

Zaxarova Azərbaycana təşəkkür etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

TDT baş katibi Azərbaycana gəldi

İranın ciddi müqavimətinin arxasında kimlər dayanır?

Paşinyan sabah Moskvaya gedir - Putinlə sövdələşəcək!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla