Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
16:47
| Ana səhifə Toplum |
|
ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Allison Huker Şəhidlər xiyabanını ziyarət edib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, amerikalı müşavir həlak olanların xatirəsini ehtiramla yad edib.
“A.Huker dəyərlərini müdafiə edərək həyatını itirən bütün insanları ehtiramla yad edir, münaqişə nəticəsində sevdiklərini itirmiş ailələrə və yaxınlarına dərin hüznlə başsağlığı verir”, - məlumatda qeyd olunub.
|
Tarix
2025.11.20 / 10:51
|
Müəllif
Axar.az
|