Yuxarı

Qumar oyunları təşkil edən dəstələr tutuldu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qumar oyunları təşkil edən dəstələr tutuldu - Video

Qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən daha iki dəstə saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Axar.az-a verilən məlumata görə, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən sosial şəbəkələrdə qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən şəxslərə qarşı əməliyyat-texniki tədbirlər davam etdirilir.

Kiberpolisin keçirdiyi növbəti əməliyyatlar zamanı qeyd edilən cinayət əməllərində şübhəli bilinən Siyasət Rəcəbov, tanışı İslam Rzayev, həmçinin Şikar Əliyev, Rəsul Həşimov və onların rəhbərlik etdikləri dəstənin digər üzvləri Həsən İtirov, Qoşqar Əlizadə və Kənan Osmanlı saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, adları sadalanan şəxslər müxtəlif xarici ölkələrdə fəaliyyət göstərən qanunsuz qumar, idman mərc oyunlarının keçirildiyi "fastloto.com" və "chcplay.net" internet saytlarının təşkilatçıları ilə cinayət əlaqəsi yaradıb həmin səhifələrdə olan qumar oyunlarında iştirak hüququ verən onlayn link və kodlar alaraq virtual kassa qurublar.

Daha sonra dəstə üzvləri onlarla əlaqə saxlayan ölkə vətəndaşlarını onlayn ödənişlər müqabilində sosial şəbəkələrdə açdıqları "Batumi Kazino", "Priz Kazino" və s. səhifələr vasitəsi ilə qanunsuz kazino və mərc oyunlarına cəlb ediblər.

Saxlanılan şəxslərin paytaxtın Xətai, Yasamal və digər ərazilərində olan ofis və mənzillərinə baxış zamanı çoxsaylı elektron sübutlar, bank kartları, mobil nömrələr və iş üçün əhəmiyyət kəsb edən digər sübutlar aşkarlanıb. Dəstə üzvlərindən götürülən bank kartlarının ayrı-ayrı şəxslərdən müxtəlif ödənişlər qarşılığında alınaraq qanunsuz pul köçürmələrində istifadə edildiyi müəyyən olunub.

Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.

S.Rəcəbov, İ.Rzayev, Ş.Əliyev və R.Həşimov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bir daha vətəndaşları sosial şəbəkələrdə qarşılaşa biləcəkləri qanunsuz mərc və qumar oyunlarında iştirak etməməyə çağırırıq. Bildiririk ki, əks halda kiberdələduzluq halları ilə üzləşə, bank hesablarınızda olan pul vəsaitlərinizi itirə və bu qanunsuz oyunlarda iştiraka görə məsuliyyətə cəlb oluna bilərsiniz.

Tarix
2025.11.25 / 17:42
Müəllif
Axar.az
Digər xəbərlər

Xələf Xələfov Hakan Fidanla görüşdü

Vardanyanın məhkəməsi: onların ifadələri dinlənildi

30 təşkilat azərbaycanlı məhbuslara görə bəyanat yaydı

Ceyhun Bayramov Vatikanın arxiyepiskopu ilə görüşdü

İlham Əliyevlə Bruney Sultanı arasında məktub mübadiləsi...

Azərbaycan-Gürcüstan birgə şirkəti bu tenderdən kənarlaşdırıldı

ABŞ Azərbaycan qazının satılmasının qarşısını alıb?

Qazaxıstan AZAL təyyarəsi ilə bağlı daha bir açıqlama yaydı

Hansı “yerli istehsal” üçün vergini artırırlar?

İlham Əliyev Jelko Komşiçi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla