Yuxarı

Bakıda turistin 2 minə yaxın pulu oğurlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda turistin 2 minə yaxın pulu oğurlandı

Bakıda turistin pulu oğurlanıb.

Axar.az xəbər verir ki, 1991-ci il təvəllüdlü xarici vətəndaşın 1600 manat, 60 ABŞ dolları (102 AZN) və 80 funt sterlinq (179 AZN) məbləğində pulunun oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Səbuhi Salmanzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla məlum olub ki, şübhəli şəxs dostunun sosial şəbəkələr vasitəsilə tanış olduğu turistin kirayə yaşadığı mənzilə gələrək pul vəsaitini oğurlayıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində oğurluq maddəsi üzrə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Tarix
2025.11.26 / 13:21
Müəllif
Axar.az
Digər xəbərlər

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

İlham Əliyev bu türk ölkəsinə gedəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Prezident onları qəbul etdi - Foto

Türklər birləşir: 2,1 trilyonluq ÜDM ilə yeni güc...

TDT hökumət başçılarının görüşü: bəyanat qəbul olundu

Azərbaycandan qayıdan təyyarəni İsrail vurub?

Prezident Cövdət Yılmazı qəbul etdi - Foto

Rusiya qadağası Azərbaycana necə təsir edəcək?

Rusiya Ermənistana görə Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla