Yuxarı

Dekabrda hava necə olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dekabrda hava necə olacaq?

Bu ilin dekabr ayında havanın orta aylıq temperaturunun kiçik müsbət fərqlə iqlim normasına yaxın olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur.

Qeyd edilib ki, birinci ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 7-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturunun 7-12 dərəcə, bəzi günlərdə 0-3 dərəcə isti, gündüzlər 12-17 dərəcə, bəzi günlərdə 4-9 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 24-34 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturunun 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturunun 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, bəzi günlərdə 6-10 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 4 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 14-35 mm).

Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 0-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturunun 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 6-11 şaxta, gündüzlər 6-11 dərəcə, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 19-30 mm).

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 1-5 dərəcə isti olacağı ğözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturunun 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 7-12 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 25-27 mm).

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 3-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 1-6 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 13-32 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 2-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 2-7 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 5-10 dərəcə şaxta, bəzi günlərdə 13-18 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə gündüzlər 2-7 dərəcə isti, bəzi günlərdə 5-10 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 24-48 mm).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 6-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturunun 3-8 dərəcə, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 5-9 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 19-32 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 4-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturunun 4-9 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 3-6 dərəcə isti, dağlarda gecə 1-5 dərəcə isti, bəzi günlərdə 4-9 dərəcə şaxta, dağlarda gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 5 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 45-106 mm).

Tarix
2025.11.28 / 17:06
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyev Brüsseldə NATO Baş Qərargahında - Foto

İlham Əliyev Szinpinə başsağlığı verdi

Paşinyan qorxur: Bakı ilə sülhə qədər KTMT-dən çıxsa...

Prezident Coze Ramuş-Hortanı təbrik etdi

Prezident albaniyalı həmkarına məktub göndərdi

Erməni qızı: Biz əslində türkük, dilimiz də... - Video

Azərbaycan Albaniyanı təbrik etdi

Hikmət Hacıyev AB rəsmiləri ilə görüşdü

Bayramov Tayani ilə görüşdü

Ukrayna üzrə heç bir sülh müqaviləsi layihəsi olmayıb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla