Yuxarı

Baş redaktordan təklif: Ramiz Mehdiyevi tərifləyənləri...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş redaktordan təklif: Ramiz Mehdiyevi tərifləyənləri...

Mən başa düşürəm, Mehdiyev Prezident Aparatının rəhbəri olub, konyukturanın öz şərtləri, idarəçiliyin normativləri var. Yuxarıdan gələn direktivlərə riayət olunmalıdır və sair. Hamı durub aparat rəhbəri ilə savaş açamlı deyildi ki. Komanda daxilində konfrantasiya yaratmağa, əlavə cəbhə açmağa lüzum da yoxdu. Hamının, o cümlədən sir-sifətindən qaramat, xainlik yağan Mehdiyevin də ad gününü, yubileyini təbrik etmək olar”.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bu fikirləri "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Musayev bildirib.

O qeyd edib ki, Mehdiyev haqqında tərif deyənləri linç etməyin tərəfdarı deyil:

“Amma hər şeyin bir həddi var axı...Mehdiyev haqında təbrik videoları yayılır. Baxıram, sanki danışmırlar, doğurlar. Gücənirlər ki, nəsə fövqəladə bir ifadə tapıb Mehdiyevin şəninə yaraşdırsınlar. Özü də danışanlar sıradan biriləri deyil. Kifayət qədər ciddi status sahibləridirlər. Mehdiyevə "siyasətin akademiki" deyirlər. Mehdiyevə "siyasətin akademiki" deyənlər bəs Heydər Əliyevin Azərbaycan tarixindəki və siyasətindəki yerini harda görürlər? Mehdiyevi "dərin dövlət" adamı adlandırırlar. Bu birbaşa istintaq üçün əvəzsiz materialdır: dərin dövlət paralel idarəçilik deməkdir. Onda adamdan soruşarlar ki, buyur, gəl, danış, paralel strukturlar, dərinlik barədə nə bilirsən? Əcaib, həm də qorxulu bir mənzərə yaranır. Axı bu adamlar guya bizim elitamızı təmsil edirlər. Mənim heç şübhəm qalmayıb ki, Mehdiyev fərqli bir dinin daşıyıcısı olsaydı, bu adamlar ona xoş gəlsin deyə dini inanclarını da dəyişərdilər....”.

Tarix
2025.12.04 / 19:49
Müəllif
Axar.az
Digər xəbərlər

Avropa Birliyi bundan sonra Bakı və İrəvana... - Kallas

Petrosyan Paşinyana Qarabağla bağlı 3 məsləhəti verib

Azərbaycan və Britaniya hərbi əməkdaşlığı müzakirə etdi

Azərbaycan və Ermənistan ən dinc dövrü yaşayır - Nazir

Bayramov Vyanada "Tramp marşrutu"ndan danışdı

İrəvan danışıqlara dair sənədləri yaydı - Rusiyadan etiraz

Mirzoyan Hakan Fidanla görüşdü

Uitkoff-Putin görüşünün detalları açıqlanmayacaq - Zaxarova

Ceyhun Bayramov niderlandlı həmkarı ilə görüşdü

Ermənistanın turizm sektoru rekorda yüksəldi - Bakıya görə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla