Yuxarı

3 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi açıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
3 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi açıldı

Hökməli-Qobu yolunda baş verən və üç nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işinə başlanılıb.

Axar.az xəbər verir ki, faktla bağlı Abşeron rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, müvafiq ekspertizalar təyin edilib.

Qeyd edək ki, Umudvar Usub oğlu Abbasov yol vərəqəsi ilə idarə etdiyi "MAN TGX 18440" markalı yəhərli dartıcı yük avtomobili ilə hərəkətdə olarkən həmin yolda əks istiqamətdə hərəkətdə olan "Toyota Prius" markalı avtomobillə toqquşub.

Nəticədə "Toyota Prius" markalı avtomobilin sürücüsü 1985-ci il təvəllüdlü Zaur Çingiz oğlu Məmmədov və həmin avtomobildə olan sərnişin 1958-ci il təvəllüdlü Nariyə Osman qızı Məmmədova aldıqları xəsarətlərdən hadisə yerində ölüb, digər sərnişin 1954-cü il təvəllüdlü Mübarək Polad oğlu Məmmədov isə xəsarət alaraq Mərkəzi Respublika Xəstəxanasına yerləşdirilib.

TƏBİB isə 3 nəfərin öldüyü haqda açıqlama yayıb.

Fatkla bağlı Abşeron RPİ-də Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə cinayət işi başlanaraq, istintaq aparılır.

Tarix
2025.12.09 / 09:28
Müəllif
Axar.az
Digər xəbərlər

Roma Papası bu kilsənin açılış mərasimi üçün Bakıya gələ bilər

Bakı Cənubi Qafqazı böyük güclərin “döyüş məkanı”ndan...

Azərbaycansız keçinə bilmərik - Razuvayev

Azərbaycan-Gürcüstan sənədləri imzalandı

Naxçıvana maneəsiz yol olmasa, Tramp marşrutu... - Vasadze

Gürcüstanla yeni sərhəd-keçid məntəqəsi yaradılacaq

Unutmayın, Əliyev sizin üçün bu tarixi addımı atmışdı - İşbaşaran

Bu şəxslərə xüsusi rütbələr veriləcək

TDT-nin yeni baş katibi bəlli oldu

Gürcüstanda ciddi qəza olanda Azərbaycan dəstək göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla