Yuxarı

Lənkəranda sərxoş qadın iranlı TIR sürücüsünü qarət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lənkəranda sərxoş qadın iranlı TIR sürücüsünü qarət etdi

Lənkəranda sərxoş qadın TIR sürücüsünü qarət edib.

Axar.az lent.az-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara yolunun 164-cü kilometrliyində, Lənkəran rayonu Girdəni kəndində qeydə alınıb.

İttiham aktına görə, 52 yaşlı Arifə Məcidova (ad və soyad şərtidir) sərxoş halda yol kənarında dayanıb evinə getmək üçün avtobus gözləyirmiş. Bu zaman ölkələrarası yükdaşıma ilə məşğul olan İran vətəndaşı idarə etdiyi TIR-ı onun yaxınlığında saxlayıb.

O, sürücünün icazəsi ilə avtomobilə əyləşib. Yolda Arifə sürücünün pul kisəsini saxladığı yeri görüb. Sürücü avtomobildən düşüb aşağıda iş görərkən Arifə içərisində 900 dollar (təxminən 1530 mana) pul kisəsini götürüb. Zərərçəkən bunu biləndə isə Arifə inkar edərək, maşından düşüb və pulu çəmənlikdə çınqılın arasına ataraq, ərazidən gedib. Sonra taksi ilə həmin yerə pulu götürməyə qayıdıb. Lakin bu zaman həmin TIR və sürücüsü də orada olub. Zərərçəkən hadisə ilə bağlı polisə şikayət edib.

Nəticədə Arifə Məcidova saxlanılıb və barəsində cinayət işi açılıb. Lənkəran rayon Məhkəməsinin qərarı ilə Arifə Məcidovaya 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.

Tarix
2025.12.23 / 14:47
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla