Yuxarı

Apelyasiya Məhkəməsindən ANS-lə bağlı - Qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Apelyasiya Məhkəməsindən ANS-lə bağlı - Qərar

Bu gün Bakı Apelyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayəti üzrə məhkəmə prosesi keçirilib.

APA-nın xəbərinə görə, hakim Elşanə Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə ANS Müstəqil Yayım və Media Şirkətinin "İnzibati aktın etibarsız hesab edilməsi" (yayımın müvəqqəti dayandırılması barədə 18 iyul 2016-cı il tarixli qərar) ilə bağlı şikayətinin Bakı Apelyasiya Məhkəməsinə aid olub-olmaması araşdırılıb.

ANS-in vəkili Raqif Mustafayev bildirib ki, iş Bakı Apelyasiya Məhkəməsinin icraatına verilməlidir: "Çünki ANS-in "Salam Azərbaycan" və digər işlərinə də bu məhkəmədə baxılıb".

MTRŞ-ın nümayəndəsi Toğrul Məmmədov isə şikayətin inzibati aktla bağlı olduğunu əsas gətirərək, işə 1 saylı Bakı İnzibati-iqtisad Məhkəməsində baxılmalı olduğunu qeyd edib.

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev də ANS-lə bağlı bütün məhkəmə işlərinə Bakı Apelyasiya Məhkəməsində baxıldığını deyib:

"Burada söhbət hansısa canidən yox, 25 il dövlətə və xalqa xidmət etmiş bir şirkətdən gedir. Bizim mindən çox işçimizin sosial durumu pis vəziyyətdədir. Bütün bunları nəzərə alaraq, işə Bakı Apelyasiya Məhkəməsində baxılsın".

Hakimlər müşavirəyə gediblər. Müşavirədən sonra qərar elan olunub. Qərara əsasən, şikayətə 1 saylı Bakı İnzibati-iqtisad Məhkəməsində baxılması məqsədəuyğun sayılıb.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq "ANS Müstəqil Yayım və Media" Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edib. Eyni zamanda, MTRŞ 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırıb. Bakı Apelyasiya Məhkəməsində isə ANS-in lisenziyasına xitam verilməsi ilə bağlı qərar qəbul olunub.

Tarix
2016.08.10 / 13:42
Müəllif
Axar.az
Digər xəbərlər

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla