Yuxarı

Abşeronda 20 Yanvar faciəsi qurbanları yad edildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abşeronda 20 Yanvar faciəsi qurbanları yad edildi - Foto

Abşeron rayonunda 20 Yanvar faciəsi qurbanlarının 36-cı ildönümü dərin ehtiramla yad edilib. Rayon rəhbərliyi, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti Xırdalan şəhərində Şəhidlər abidəsini ziyarət edərək, şəhidlərimizin xatirələrini ehtiramla anıblar.

Axar.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən anım tədbirində Ümummilli Liderin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni oxunub.

Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, “20 Yanvar” Cəmiyyətinin Abşeron rayon şöbəsinin sədri Eyşan İsgəndərov, Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, 20 Yanvar şəhidi Allahyar Cəfərovun oğlu Pərviz Cəfərov, 48 saylı Dairə Seçki Komissiyasının sədri Dilşad Abbasova, əməkdar müəllim Teyyibe Huseynova və “Xüsusi Təyinatlı Qüvvələrin şəhid ailələri və veteranları” İctimai Birliyinin Abşeron rayon sədri Süleyman Cəfərov çıxış edərək bildiriblər ki, Sovet rəhbərliyi Azərbaycan xalqının azadlıq mücadiləsini boğmaq üçün faciə törətmişdir. Bu dəhşətli cinayət də xalqımızı haq yolundan döndərə bilməmişdir. Qeyd edilib ki, 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən verilmişdir. Faciənin ertəsi günü, yəni yanvarın 21-də Ulu Öndər Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirmiş, 20 Yanvar faciəsinə siyasi qiymət vermiş, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və ozamankı respublika rəhbərlərinin xəyanəti üzündən baş vermiş siyasi səhv olduğunu bəyan etmişdir. Ulu Öndər sonrakı fəaliyyəti dönəmində də 20 Yanvar həqiqətlərinə hüquqi qiymət verilməsi istiqamətində mühüm addımlar atmışdır. Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etmişdir. Daha sonra 1994-cü ilin mart ayının 29-da Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis tərəfindən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul olunmuşdur.

Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün dövlət başçısının təşəbbüsləri sayəsində effektiv sosial müdafiə sistemi formalaşıb.

Daha sonra çıxış edən şəhid ailələri ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğını yüksək qiymətləndirdiklərini vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Tarix
2026.01.20 / 11:57
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla