Yuxarı

Bazarda bəzi məhsullar bahalaşdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bazarda bəzi məhsullar bahalaşdı

Son bir neçə gündə ölkə ərazisində müşahidə edilən qarlı hava şəraiti bazarlarda qiymətlərə də təsir edib.

Axar.az milli.az-a istinadla xəbər verir ki, "8-ci kilometr bazarı"nda kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan satıcılar bildirib.

Onların sözlərinə görə, qarlı hava şəraiti məhsul tədarükünə və nəqliyyata təsir etdiyindən bəzi məhsulların qiyməti artıb. Bu əsasən gündəlik istifadə edilən kartofun, soğanın, pomidorun qiymətində qeydə alınıb. Bundan başqa pendir və kərə yağının qiymətində də artım var.

Hazırda bazarda kartofun hansı bölgədən gətirilməsindən aslı olmayaraq 1 kiloqramının qiymətində 20-30 qəpik, soğanın qiymətində isə 20 qəpik bahalaşma var. Pendir və kərə yağının qiyməti isə hər kiloqramında 30-50 qəpik bahalaşıb. Lakin satıcılar qeyd edib ki, havalar düzələndən sonra qiymətlər ucuzlaşacaq.

İqtisadçı ekspert Xalid Kərimli isə bildirib ki, bəzi kənd təsərrüfatı məhsullarının bahalaşması mövsümə görədir:

"Belə ki, bu məhsullar anbarlarda saxlanılır və ya istixanalarda yetişdirilib bazara çıxarılır. Əsas məsələrdən biri də 1 yanvardan etibarən dizel yanacağının 10 faiz bahalaşmasıdır. Bu, əsas səbəbdir".

Tarix
2026.01.22 / 16:13
Müəllif
Axar.az
Digər xəbərlər

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

İlham Əliyevlə Leyenin səmimi söhbəti - Video

İlham Əliyev və Leyen mətbuata bəyanat verdilər - Video

İlham Əliyevlə Leyenin geniş tərkibdə görüşü oldu

Leyendən Bakı səfəri ilə bağlı - Video

İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla