Yuxarı

Faizsiz, aylıq öhdəliksiz ev sahibi olmaq imkanı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Faizsiz, aylıq öhdəliksiz ev sahibi olmaq imkanı

İlkin ödəniş və aylıq kredit öhdəliklərinə görə mənzil almaq istəyini təxirə salanlar üçün sevindirici xəbər var!

"Kristal" daşınmaz əmlak bazarında innovativ və vətəndaşyönümlü bir satış modelinə start verir: "Evini hissə-hissə al". Bu model mənzil almaq istəyən, amma kredit və faiz yükü istəməyən hər kəs üçün nəzərdə tutulub.

Təklif olunan modelin əsas üstünlüyü aylıq ödəniş öhdəliyinin olmamasıdır. Müştəri istədiyi mənzili seçir, istədiyi qədər yaşayış sahəsi alır və bu sahə onun adına rəsmiləşdirilir. İstər 1 kv.m., istər 5 kv.m.! Alıcı istədiyi vaxt və əlində vəsait olduqca əlavə kvadratlar almaqla mənzilini böyüdə bilir. Bu müddət ərzində heç bir bank faizi və ya kredit artımı tətbiq olunmur; ödənilən hər bir manat birbaşa mənzil sahəsinə çevrilir. Müştərinin daha əvvəl aldığı kvadrat metrlər bazarın qiymət artımından birbaşa faydalanır. Daşınmaz əmlakın qiyməti yüksəldikcə alıcının sahib olduğu sahənin dəyəri də eyni nisbətdə artır və bu da yatırılan vəsaitin inflyasiyadan qorunmasını təmin edir.

Bu modelin ən diqqətçəkən tərəfi isə kredit və faiz anlayışının olmamasıdır. Burada nə faiz var, nə də aylıq ödəniş öhdəliyi. Müştəri yalnız öz büdcəsinə uyğun vaxtda və istədiyi məbləğdə ödəniş edir.

Əgər sonda müştərinin topladığı məbləğ seçdiyi mənzili almağa kifayət etməzsə və ya seçilən mənzil həmin müddətdə satılarsa, alternativ seçimlər təklif olunur. O, həmin günün bazar dəyərinə uyğun hesablanan topladığı dəyəri "Kristal"ın digər layihələrində də uyğun mənzilə çevirə bilər.

Müştəri gələcəkdə mənzil əldə etmək istəməsə və ya nə vaxtsa fikrini dəyişsə, o zaman yatırdığı vəsaiti illik 12% artımla istənilən zaman geri ala bilər. (12% illik gəlir hər bir ödəniş məbləği üzrə vəsaitin yatırıldığı tarixdən etibarən ayrıca qaydada və faktiki saxlanma müddətinə mütənasib olaraq hesablanaraq tətbiq olunur.)

"Kristal"ın “Evini hissə-hissə al!” satış modeli ilə sən də heç bir kredit yükü olmadan, heç bir aylıq ödəniş öhdəliyi olmadan mənzilinə hissə-hissə sahib ol.

Ətraflı məlumat üçün satış ofislərinə yaxınlaşa və ya *1544 qısa nömrəsinə zəng edə bilərsən.

kristal.az

Tarix
2026.01.27 / 15:19
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

İlham Əliyevlə Leyenin səmimi söhbəti - Video

İlham Əliyev və Leyen mətbuata bəyanat verdilər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla