Yuxarı

“Azərsun Holdinq” Dubayda Gulfood-2026 sərgisində...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərsun Holdinq” Dubayda Gulfood-2026 sərgisində...

“Azərsun Holdinq” 26-30 Yanvar tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Gulfood 2026 beynəlxalq qida sərgisində təmsil olunur.

Hazırda məhsullarını dünyanın 40-dan çox ölkəsinə ixrac edən holdinq sərgi iştirakçılarına geniş məhsul çeşidi təqdim edir.

Sərgi müddətində ziyarətçilər “Azərsun Holdinq”ə məxsus çay, şokolad, müxtəlif konservləşdirilmiş qida məhsulları, yağlar və digər ərzaqlarla tanış olurlar.

Eyni zamanda stenddə qonaqlara “Saville” markalı nar şirəsi və kompotlar da təqdim edilir.

35 illik fəaliyyəti dövründə onlarla yerli brend formalaşdıran “Azərsun Holdinq” Azərbaycanın ixrac imkanlarının genişlənməsində əhəmiyyətli rol oynayır.

Yerli xammal əsasında istehsal olunan bu məhsullar beynəlxalq bazarlarda ölkəmizi uğurla təmsil edərək, “Made in Azerbaijan” adını qürurla daşıyır.

Tarix
2026.01.27 / 17:45
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

İlham Əliyevlə Leyenin səmimi söhbəti - Video

İlham Əliyev və Leyen mətbuata bəyanat verdilər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla