Yuxarı

Prokurorluqdan dəm qazı təhlükəsi ilə bağlı xəbərdarlıq...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prokurorluqdan dəm qazı təhlükəsi ilə bağlı xəbərdarlıq...

Hər il dəm qazından zəhərlənmə və ölüm hadisələri baş verir. Çox ciddi və gözlənilməz olan bu hallardan qorunmaq üçün hər bir vətəndaşın təhlükəsizlik qaydalarına ciddi əməl etməsi vacibdir.

Baş Prokurorluğun mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, təhlillər göstərir ki, dəm qazından zəhərlənmə hadisələrinin əksəriyyəti məişətdə qaz cihazlarından istifadə zamanı sadə təhlükəsizlik qaydalarına laqeyd münasibətdən qaynaqlanır. Hər bir bədbəxt hadisə bir ailənin faciəsidir və bunun qarşısını almaq üçün qeyd olunan qaydalara ciddi əməl olunmalıdır:

Cihazların standartı: Heç bir halda qeyri-standart qaz işlədicilərindən istifadə etməyin.

Texniki baxış: Hər hansı nasazlıq aşkarlanarsa, fərdi müdaxilə etməyin, ixtisaslaşdırılmış müəssisəyə və ya peşəkar ustaya müraciət edin.

Su qızdırıcıları (kombi, ariston, “pyatiminutka”): Bu cihazların qaz təminatı sertifikatlı borularla aparılmalı, tüstü çıxışı (ventilyasiya) mütləq standart ölçülərə uyğun quraşdırılmalıdır.

Baca təmizliyi: Şaxta və baca sistemləri mütəmadi olaraq qurum və digər kənar əşyalardan təmizlənməlidir. Axarlılığın pozulması dəm qazının evə dolmasına birbaşa səbəb olur.

Yerləşmə məkanı: Su qızdırıcısının duş qəbul edilən otaqda (hamamda) olması yolverilməzdir. Əgər cihaz hamamdadırsa, hökmən nəfəslik (pəncərə) olmalı və qapının aşağı hissəsində hava dəlikləri açılmalıdır.

Təhlükəsizlik tövsiyəsi: Fərdi su qızdırıcısı olan evlərdə şəxsin tək olarkən duş qəbul etməsi risklidir. Zəhərlənmə baş verərsə, xilas olmaq üçün kənar şəxsin köməyi zəruri ola bilər.

Məqsədli istifadə: Mətbəx qaz plitələrindən mənzili qızdırmaq üçün istifadə etmək qəti qadağandır.

Hava sorucular (aspirator): Mətbəxdə plitə yandırılan kimi aspirator da işə salınmalıdır. Bu, zəhərli qaz ayrıntılarının məkandan dərhal kənarlaşdırılmasını təmin edir.

Detektor quraşdırın: Mənzillərdə dəm qazı detektorundan istifadə mütləqdir. Bu cihaz həm sızma, həm də dəm qazı yarandığı halda yüksək səslə siqnal verir və qaz axınını dərhal dayandırır.

Zəhərlənmənin əlamətləri (xəbərdarlıq):

Aşağıdakı hallardan hər hansı biri müşahidə edilərsə, dərhal məkandan çıxmalı və yardım çağırmalısınız:

- Şiddətli baş ağrısı və başgicəllənmə;

- Ümumi zəiflik, ürəkbulanma və qusma;

- Sürətli ürək döyüntüsü və nəfəs darlığı;

- Sinə ağrısı və huşun itirilməsi.

“Unutmayın: Dəm qazı görünməz və təhlükəlidir. Təhlükəsizlik qaydalarına riayət etmək həyatınızı xilas edir.

Bundan başqa, təqdim olunan fotolarda təcrübədə dəm qazı zəhərlənmələrinə ən çox səbəb olan, qeyri-standart və texniki baxımdan ciddi təhlükə mənbəyi olan qaz cihazlarının nümunələri əks olunub. Mənzilinizdə bu cür cihazlar varsa, dərhal mütəxəssis baxışının keçirilməsini təmin etməyi tövsiyə edirik”, - deyə məlumatda vurğulanıb.

Tarix
2026.01.27 / 18:27
Müəllif
Axar.az
Digər xəbərlər

Aleksandr Vuçiç bu gün Bakıya gəlir

Hikmət Hacıyev WUF13-lə bağlı film paylaşdı - Video

Azərbaycanla bağlı bu səhvləri təkrarlamayacam - Paşinyan

Azərbaycanda 4 günlük iş həftəsi... - Detallar

Bakıda forum: Hədəf 8 ölkənin hüdudlarını aşmaqdır - Baş katib

İsrailin Azərbaycan bayrağı yanlışına İranın erməni cavabı

Azərbaycan TDT-ni geosiyasi gücə çevirir...

Şuşada bu evləri 2 minə satırdılar - Erməni bloger

İliyana Yotova Bakıya gəlir

Türk dünyası üçün də mühüm çağırışlar... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla