Yuxarı

Həbs olunan başçının qohumuna yeni vəzifə verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həbs olunan başçının qohumuna yeni vəzifə verildi

Kürdəmirin həbs olunan sabiq başçısının əmisi oğlu Həsən Cəfərova yeni vəzifə verilib.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, H.Cəfərov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədrinin müşaviri təyin olunub.

AHİK sədri Sahib Məmmədov bununla bağlı müvafiq əmr imzalayıb.

H.Cəfərov bundan əvvəl Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHIK) Aparat rəhbəri, Konfederasiyanın katibi vəzifəsində çalışıb. O, eyni zamanda İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvüdür.

H.Cəfərov 1956-ci ildə anadan olub. O, 1983-1986-cı illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurasında əməyin texniki müfəttişi, 1986-1989-cu illərdə Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasında ətraf mühitin mühafizəsi üzrə texniki əmək müfəttişi vəzifəsində çalışıb.

Daha sonra 1989-1990-cı illərdə AHİŞ sədrinin köməkçisi, işlər müdiri, 1993-cü ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilat işləri və məlumat şöbəsinin müdiri, aparat rəhbəri vəzifəsində işləyib.

O, 2006-cı ildən isə AHİK-in katibi-aparat rəhbəri idi.

H.Cəfərov Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Şurasının və AHİK-in Məclis üzvüdür.

Xatırladaq ki, Həsən Cəfərovun əmisi oğlu, Kürdəmirin sabiq icra başçısı Ceyhun Cəfərov 2020-ci il avqustun 19-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən rayon icra hakimiyyətində (RİH) keçirilən əməliyyat zamanı həbs olunmuşdu. Həmin əməliyyatda icra başçının birinci müavini Tacəddin Novruzov, Ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və digər vəzifəli şəxslər saxlanılmışdı. Hər üç şəxsə Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilmiş və barələrində həbs qətimkan tədbiri seçilmişdi.

Hadisədən sonra Prezident İlham Əliyevin imzaladığı sərəncamla Ceyhun Fərrux oğlu Cəfərov Kürdəmir RİH-in başçısı vəzifəsindən azad edilmişdi.

Tarix
2026.01.28 / 14:18
Müəllif
Axar.az
Digər xəbərlər

Qazaxıstan Rusiyanı Azərbaycanla əvəzləyir...

Trampın 2 tələbi: İran razılaşmasa, müharibə başlayacaq

Nəsimi Ağayev erməni həmkarı ilə görüşdü - Foto

Orduya böyük sərmayə qoymuşuq: Azərbaycanla müharibə...

Bakı 3 ölkə ilə ittifaq qurmuşdu: Biz bacardıq, digərləri...

Bakı və İrəvan arasında tarixi razılaşma - Papoyan açıqladı

Azərbaycanın qeyri-neft-qaz ixracı bu qədər artdı

İrandan İrəvana uçuşlar ləğv edildi

Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı

Vensin Bakıya səfər proqramına nələr daxildir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla