Yuxarı

Bakıdan saxta pasportla Almaniyaya getmək istədi, həbs olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıdan saxta pasportla Almaniyaya getmək istədi, həbs olundu

Heydər Əliyev Beynəlxalq Hava Limanında saxta pasportdan istifadə edərək Almaniyaya getməyə cəhd edən 1985-ci il təvəllüdlü Əlcəzair vətəndaşı Keddau Əbdülhəmid həbs olunub.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, o, əvvəlcə Dövlət Sərhəd Xidmətinin sərhəd nəzarəti şöbəsinin sənədlərin yoxlanışı sərhəd naryadına Türkiyəyə gedəcəyini deyərək özünə aid Əlcəzair pasportunu təqdim edib.

O, rəsmi prosedurdan keçdikdən sonra gözləmə zalına keçib və bu zaman da Bakı-Frankfurt reysinə qeydiyyat aparıldığını görüb.

Əbdüllhamid fürsətdən istifadə edərək onlayn qaydada saxta Belçika pasportu ilə bilet alıb və təyyarənin minik qapısına yaxınlaşıb.

Lakin aviaşirkət əməkdaşı təqdim edilən pasportun müvafiq səhifəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinə məxsus giriş-çıxış tarix ştampları olmadığını görüb və aidiyyəti üzrə məlumat verib.

Saxta pasportu Belçikadan 2000 avro qarşılığında alan Əlcəzair vətəndaşı törətdiyi əmələ görə Azərbaycanda 7 ay həbsdə qalmalı olacaq.

Tarix
2026.01.28 / 15:03
Müəllif
Axar.az
Digər xəbərlər

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

İlham Əliyevlə Leyenin səmimi söhbəti - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla