Yuxarı

Başçı müavinini və şöbə müdirini işdən çıxardı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Başçı müavinini və şöbə müdirini işdən çıxardı

Nərimanov Rayon İcra Hakimiyyətində (RİH) struktur dəyişikliyi ilə əlaqədar olaraq yeni kadr islahatı həyata keçirilib.

Axar.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Elgin Həbibullayev müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, başçının müavini İlqar Mirzəyev vəzifəsindən azad edilib. Onun yerinə hələlik təyinat olmayıb.

Bundan əlavə, ləğv edilmiş Hüquq şöbəsinin müdiri Hüsü Nuriyev də vəzifəsini itirib. Bu şöbənin yerinə yaradılmış Hüquq və kadr məsələləri sektoruna isə Kamran Abdullayev müdir təyin edilib.

Kadr islahatı icra başçısının nümayəndəliklərini də əhatə edib. Belə ki, RİH başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nadir Nəsibov işini itirib. Onun yerinə Vəfadar Zeynalov təyin olunub. V.Zeynalov bundan əvvəl ləğv edilmiş İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini olub.

Həmin nümayəndəliyin baş mühasibi Gündüz Həmidov da RİH aparatına gətirilib və yeni yaradılan İnzibati işlər sektoruna mühasib təyin edilib.

İcra başçısının digər əmrilə baş mütəxəssis – sürücülər Elman Əliyarov və Bəhman Əliyev də vəzifələrindən azad ediliblər. Daha bir əmrlə isə Azər Əsgərov yeni sürücü təyin olunub.

Tarix
2026.01.28 / 15:28
Müəllif
Axar.az
Digər xəbərlər

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

İlham Əliyevlə Leyenin səmimi söhbəti - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla