Yuxarı

Azərbaycana qar fırtınası gəlir: hava kəskin soyuyacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycana qar fırtınası gəlir: hava kəskin soyuyacaq

Qonşu ölkə Türkiyə daha bir sərt şaxtalı hava dalğasının təsiri altına düşəcək. Meteorologiya Baş İdarəsi 20 bölgə üçün sarı hava xəbərdarlığı elan edib. Həmin bölgələrdə güclü yağış və fırtına riski olduğu bildirilib. Maraqlıdır, bu soyuq hava kütləsinin Azərbaycana çatmaq ehtimalı nə qədər realdır?

Axar.az-ın məlumatına görə, hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov Konkret.az-a açıqlamasında bildirib ki, Türkiyədə müşahidə olunan kəskin şaxtalı hava dalğasının Azərbaycana təsir etmə ehtimalı olduqca realdır. Lakin bu təsir adətən bir neçə gün sonra və daha yumşalmış formada özünü göstərir.

Onun sözlərinə görə, meteoroloji qanunauyğunluqlara və hazırkı 2026-cı il fevral proqnozlarına əsasən, bu prosesi aşağıdakı kimi təhlil etmək olar:

"Türkiyənin qərb və mərkəzi hissələrinə daxil olan soyuq hava kütlələri şərqə doğru hərəkət edərək Azərbaycana çatması üçün adətən 48-72 saat (2-3 gün) vaxt tələb olunur. Yəni, bu gün İstanbulda başlayan şaxta, bir neçə gündən sonra ölkəmizə daxil olur".

Cavid Hüseynov vurğulayır ki, soyuq hava kütlələri Türkiyənin dağlıq relyefini (Anadolu yaylasını) keçərkən və xüsusilə Qafqaz dağları ilə qarşılaşdıqda öz ilkin sərtliyini bir qədər itirir və transformasiyaya uğrayır.

"Bakı və Abşeron yarımadası üçün Xəzər dənizi nisbi mülayimləşdirici rol oynayır. Türkiyədən gələn soyuqlar Naxçıvan və ölkənin qərb rayonlarında (Gəncə-Qazax zonası) daha çox hiss oluna bilər".

Tarix
2026.01.30 / 20:42
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla