Yuxarı

Servantes İnstitutunun direktoru ADU-nun qonağı oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Servantes İnstitutunun direktoru ADU-nun qonağı oldu

Yanvarın 30-da İspaniya Krallığının İstanbul Servantes İnstitutunun direktoru Fernando Vara de Rey və İspaniyanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Xose Pedro Torrubia Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olublar.

Axar.az xəbər verir ki, qonaqları rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu bildirən ADU-nun rektoru, akademik Kamal Abdulla Azərbaycan və İspaniya arasında elm, təhsil və mədəniyyət sahəsində qurulan əməkdaşlıqdan danışıb.

Qeyd olunub ki, ADU-da ispan dili çox yüksək səviyyədə tədris olunur və tələbələrin bu dilə, ispan mədəniyyətinə və ədəbiyyatına olan marağı getdikcə artır. ADU-da fəaliyyət göstərən İspan dili Mərkəzi haqqında məlumat verən rektor bildirib ki, mərkəzin fəaliyyətinin əsas məqsədi tələbələrin ispan dili və mədəniyyətini öyrənməsinə, onların elmi araşdırmalarına dəstək olmaqdır.

Səmimi qarşılanmaya görə təşəkkürünü bildirən İspaniyanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Xose Pedro Torrubia bildirib ki, Azərbaycan və İspaniya arasında əməkdaşlıq münasibətlərinin inkişafı təhsil və mədəniyyət sahəsində də özünü göstərməkdədir.

Azərbaycan Dillər Universitetində ispan dilinin tədrisini yüksək qiymətləndirən diplomat bu ixtisas üzrə təhsil alan tələbələrin bilik səviyyəsindən məmnun qaldığını bildirib.

Qeyd olunub ki, ispan dilini öyrənən tələbələr İspaniyanın tarixinə, ədəbiyyatına və mədəniyyətinə böyük maraqla yanaşırlar. Görüşdə İspaniya Krallığının İstanbul Servantes İnstitutu ilə ADU arasında elmi, ədəbi-mədəni əlaqələrin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, müxtəlif layihələrin reallaşdırılması məsələsi müzakirə olunub.

İspaniya Krallığının İstanbul Servantes İnstitutunun direktoru Fernando Vara de Rey qonaqpərvərliyə və xoş sözlərə görə təşəkkürünü bildirib. Söylənilib ki, İspan dilinin tədrisi və öyrənilməsi ilə bağlı ADU ilə əməkdaşlıq istiqamətində bir sıra layihələrin həyata keçirilməsi gözlənilir. Əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihələrin məqsədi İspan dilinə olan marağı artırmaq və elmi, mədəni mübadilə proqramlarını həyata keçirməkdir.

Söhbət zamanı Azərbaycan Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində “Səfir saatı” çərçivəsində görüşün keçirilməsi və İspan dilinin tədrisi ilə bağlı razılıq əldə olunub.

Sonda qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Tarix
2026.01.30 / 21:37
Müəllif
Axar.az
Digər xəbərlər

Kral III Msvati Bakıya gəldi

Aleksandr Vuçiç bu gün Bakıya gəlir

Hikmət Hacıyev WUF13-lə bağlı film paylaşdı - Video

Azərbaycanla bağlı bu səhvləri təkrarlamayacam - Paşinyan

Azərbaycanda 4 günlük iş həftəsi... - Detallar

Bakıda forum: Hədəf 8 ölkənin hüdudlarını aşmaqdır - Baş katib

İsrailin Azərbaycan bayrağı yanlışına İranın erməni cavabı

Azərbaycan TDT-ni geosiyasi gücə çevirir...

Şuşada bu evləri 2 minə satırdılar - Erməni bloger

İliyana Yotova Bakıya gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla