Yuxarı

Başqasının kartına səhvən göndərilən pulu necə almaq olar?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Başqasının kartına səhvən göndərilən pulu necə almaq olar?

Bəzən insanlar kartdan karta pul göndərən zaman səhvən başqa hesaba göndərirlər. Kartdan karta pul köçürülməsi zamanı ad soyad tələb olunmadığı üçün kimin hesabına köçürdüklərini də bilmirlər. Bu zaman problem necə həll olunur? Səhvən pul alan şəxs bu məbləği özündə saxlaya bilərmi, yoxsa qaytarmalıdır?

Axar.az xəbər verir ki, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Valyuta.az-a bildirib ki, bununla bağlı qanun var və bu, Mülki Məcəllədə "yersiz varlanma” adlanır.

"Bu zaman pulu səhv atan vətəndaş atdığı şəxsin kim olduğunu bilmədiyi üçün öz bankına müraciət etməlidir. Həmin bank səhv atılan şəxsin bankına müraciət edir ki, bank bununla məşğul olsun və pulu geri alsın. Pul geri qaytarıldığı zaman komissiya tutulduğu üçün onsuz da eyni məbləğ əldə edilməyəcək. Şəxs pulu qaytarmırsa və pulun ona başqa yerdən gəldiyini iddia edirsə, göndərən şəxs məhkəməyə müraciət etməlidir. Burda isə əsas problem alan şəxsin kimliyinin bank tərəfindən gizlədilməsidir. Bu vəziyyətdə həmin şəxs pulu alanın bankını məhkəməyə dəvət etməlidir. Bank məhkəməyə verildiyi təqdirdə iddia ərizəsində dəyişiklik edilir və cavabdeh kimi alan şəxsin özü məhkəməyə çağırılır. Məhkəmə alan şəxsdən pulun haradan gəldiyini əsaslandırmasını tələb edəcək. Əgər əsaslandırma edəcək dəlil yoxdursa, bu zaman pul həmin şəxsdən geri alınacaq”, - o qeyd edib.

Tarix
2026.01.31 / 01:00
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla