Yuxarı

İTV Yayım Şurasına yeni üzvlər seçildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İTV Yayım Şurasına yeni üzvlər seçildi

Milli Məclis İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni namizədlərin seçilməsini təsdiqləyib.

Axar.az xəbər verir ki, bununla bağlı Milli Məclisin yaz sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, "İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsi"nə əsasən, Yayım Şurasına idman federasiyaları tərəfindən Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu, Şahmat üzrə qadın yığma komandasının kapitanı İlahə Qədimovanın namizədliyi irəli sürülüb.

Dini konfessiyalar tərəfindən isə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev, Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov namizəd kimi təqdim edilib.

Yayım Şurasına yaradıcılıq təşkilatları tərəfindən Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü Həcərxanım Babayeva və Azərbaycan Milli Konservatoriyasının dosenti Aytən Babayevanın namizədliyi irəli sürülüb.

Qeyd edək ki, hazırda Yayım Şurasının sədri filologiya üzrə elmlər doktoru, akademik Teymur Kərimlidir. Şuranın üzvləri Həsən Cəfərov (Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası), Azər Əliyev (gənclər təşkilatları), Azər Həsrət (Mətbuat Şurası), Vüqar Zeynalov (Sahibkarlar Şurası), Yusif Babanlı (idman federasiyaları), Salman Musayev (dini konfessiyalar), Sevil Yusifova (qadın cəmiyyətləri), Zemfira Qafarovadır (yaradıcılıq təşkilatları).

Yayım Şurasının üzvlərinin səlahiyyət müddəti 6 ildir.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Tarix
2026.02.02 / 12:55
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla