Yuxarı

Kapital Bank və Aviasiya Akademiyası memorandum imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kapital Bank və Aviasiya Akademiyası memorandum imzaladı

Ölkənin birinci bankı Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlığa start verilib.

Tərəflər yeni əməkdaşlığı ötən gün imzaladıqları memorandum ilə rəsmiləşdiriblər. Memorandum çərçivəsində akademiya və bank arasında təcrübə proqramlarının həyata keçirilməsi, tələbələrin elmi fəaliyyətində bank mütəxəssislərinin dəstəyi, birgə tədris planının hazırlanması, müxtəlif mövzularda təlimlərin, elmi konfransların təşkili kimi bir çox məqamlar nəzərdə tutulub.

Tədbiri giriş sözü ilə açan Milli Aviasiya Akademiyasının birinci prorektoru Ədalət Səmədov qonaqlara təhsil ocağının fəaliyyəti, strukturu və inkişaf mərhələləri barədə məlumat verib. Daha sonra prorektor Gülnarə Əhmədova Akademiyanın rektoru, akademik Arif Paşayevin Azərbaycan elminin, xüsusilə mülki aviasiya sahəsinin inkişafındakı töhfələrindən söhbət açıb.

Bir ekosisteminin və Kapital Bank-ın Baş İcraçı direktoru Fərid Hüseynov isə Akademiya ilə əməkdaşlığın bankın gələcəyə baxışını daha da gücləndirdiyini vurğulayıb. “Bu gün imzaladığımız memorandum əməkdaşlığımızı yeni mərhələyə daşıyır. Biz istəyirik ki, tələbələriniz sabahın mütəxəssisləri kimi yetişərkən bizim ekosistemin imkanlarından, təcrübə proqramlarımızdan və real layihələrimizdən maksimum faydalansınlar”.

Qeyd edək ki, tədbirdə Təhsilin İnkişafı Fondu və Milli Aviasiya Akademiyası arasında da əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma əsasən Akademiya TələbəPlus layihəsinə qoşulub. Xatırladaq ki, ötən il Kapital Bank, Təhsilin İnkişafı Fondu və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında bağlanan memoranduma əsasən TələbəPlus layihəsi start götürüb. Layihə tələbələrə sosial layihələrdə iştirak etmək, yüzlərlə partnyor mağazalarında endirimlərdən yararlanmaq, Birbank mobil tətbiqində kart xərclərinə nəzarət etmək kimi, bir çox rəqəmsal fürsətlər təqdim edir.

Gənclərin maliyyə savadlılığının artırılmasına yönələn layihə ilə bağlı çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli bildirib ki, TələbəPlus layihəsinin əsas məqsədi tələbələri dəstəkləmək, onların sosial rifahını yaxşılaşdırmaq və təhsillərinə daha çox vaxt ayırmaları üçün əlverişli şərait yaratmaqdır. O qeyd edib ki, Milli Aviasiya Akademiyasının layihəyə qoşulması ilə ali təhsil müəssisələrinin sayı 27-yə çatıb, layihədən faydalanan tələbələrin sayı isə 200 mindən çoxdur.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.

Tarix
2026.02.06 / 17:53
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq...

Rusiya səfiri XİN-ə çağırıldı - Bakıdan nota

Peter Staray Azərbaycana gəlir

İlham Əliyev iki fərman imzaladı

Liseydə müəllimin güllələnməsi: Nəticəsi ağır olacaq…

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Ölkəmizin xarici siyasəti qlobal sülhə real töhfələr verir

Bakı və İrəvan malların siyahısını mübadilə etdi - Papoyan

Prezident: Azərbaycan bölgədəki vəziyyətdən narahatdır

İlham Əliyev İranın müdafiə nazirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla