Yuxarı

Polis Akademiyasının kursantı Qusarda gənclərlə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polis Akademiyasının kursantı Qusarda gənclərlə görüşdü

Qusar rayonundan olan və hazırda Polis Akademiyasında təhsil alan kursant doğma rayonuna gələrək Qusar Rayon Polis Şöbəsində Polis Akademiyasına hazırlaşan abituriyentlərlə görüş keçirib.

Axar.az xəbər verir ki, tədbirdə Qusar RPŞ-nin rəisi, polis polkovniki Azər Əfəndiyev, hazırda Polis Akademiyasında təhsil alan rayonun orta məktəb məzunu, abituriyentlər və valideynlər iştirak ediblər.

Görüş zamanı kursant Akademiyada təhsil prosesi, qəbul qaydaları, fiziki və nəzəri hazırlıq mərhələləri, eləcə də gələcək polis əməkdaşının üzərinə düşən məsuliyyət barədə ətraflı məlumat verib, gənclərin suallarını cavablandırıb.

Tədbir çərçivəsində abituriyentlər Qusar RPŞ-nin inzibati binası, xidməti otaqlar və polis avtomobilləri ilə yaxından tanış olublar. Onlara polis orqanlarının fəaliyyəti, gündəlik xidmət prosesi və maddi-texniki təminat barədə məlumat təqdim edilib.

Görüşün əsas məqsədi gənclərdə polis peşəsinə marağın artırılması, onların düzgün istiqamətləndirilməsi və gələcək karyera seçimində dəstək göstərilməsi olub.

Tarix
2026.02.12 / 09:33
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla