Yuxarı

Bakıda ilyarım direktorsuz qalan məktəbə təyinat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda ilyarım direktorsuz qalan məktəbə təyinat

Bakı şəhəri, Sabunçu rayonunun Sabunçu qəsəbəsində yerləşən şəhid Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta məktəbə yeni rəhbər təyinatı həyata keçirilib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, sözügedən təhsil müəssisəsinin direktoru vəzifəsi Aynurə Əlövsət qızı Həsənovaya həvalə olunub.

Məlumat üçün bildirək ki, A.Həsənova 1987-ci il sentyabrın 17-də Zəngilan rayonunun Məmmədbəyli kəndində dünyaya gəlib. O, ali təhsilini Bakı Dövlət Universitetində alaraq, 2009-cu ildə Biologiya fakültəsindən məzun olub.

Pedaqoji karyerasına 2009-cu ildə Zəngilan rayonu 37 nömrəli tam orta məktəbdə başlayan A.Həsənova, 2016-cı ildən etibarən fəaliyyətini Bakı şəhərindəki 322 nömrəli tam orta məktəbdə davam etdirib.

2022-ci ildə o, Bakı şəhəri N.Rzayev adına 169 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə gətirilib.

A.Həsənova direktorların işə qəbulu müsabiqəsində uğurlu nəticə göstərib.

Qeyd edək ki, 155 nömrəli tam orta məktəbin sonuncu direktoru Ruhiyyə İbrahimova 2024-cü ilin sentyabr ayında Bakı şəhəri 112 nömrəli tam orta məktəbə rəhbər təyin edilib.

Tarix
2026.02.16 / 13:09
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla