Yuxarı

Süleyman Mikayılovun əleyhinə qərar - Öhdəlik qoyuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Süleyman Mikayılovun əleyhinə qərar - Öhdəlik qoyuldu

Bu gün Bakı İnzibati Məhkəməsində hakim Aydın Babayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Qızıldaş qəsəbəsi sakini Rauf Cəfərov Qaradağ Rayon İcra Hakimiyyətiyyətinə qarşı qaldırdığı iddia təmin olunub.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, İH qarşısında R.Cəfərovun adına olan sərəncamın ilkin texniki sənədini təqdim etmək öhdəliyi qoyulub.

Xatırladaq, bir müddət əvvəl illər əvvəl torpaq sahəsi alan və ətrafına hasar çəkən 60-a yaxın vətəndaşa ev tikməyə icazə verilməyib. Bu azmış kimi torpaq sahəsinin ətrafına çəkilmiş hasarlar İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə ekskavatorla tamamilə dağıdılıb. Aldığı torpaq sahəsinə hüquqları tanınmayan vətəndaşlardan biri də Qaradağ rayonu, Qızıldaş qəsəbəsi sakini Rauf Cəfərovdur.

Onun bildirdiyinə görə, 1 fevral 2000-ci ildə Qaradağ Rayon İcra Hakimiyyətinin sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ona 6 sot torpaq sahəsi ayrılıb:

“Əlavə pul ödəmədiyim üçün həmin dövrdə mənə Lökbatanın ən ucqar yerində – qayanın dibində, zibillik "gölü"nün üstündə torpaq verdilər. Mən dərhal həmin torpaq sahəsini hasara aldım. Hasarın şəkilləri var. Hətta peyk görüntülərində də açıq-aydın görünür”.

Şikayətçinin sözlərinə görə, son illərdə ətraf torpaq sahələrində ev tikintisi başlayanda o da ev tikmək istəyib. Lakin məlum olub ki, vaxtilə verilmiş sərəncam “unudulub”. Torpaq sahəsi rəsmi xəritədə qeyd edilmədiyindən problem yaranıb. Üstəlik, Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndələri vətəndaşa məxsus hasarı dağıdıblar.

Məsələ ilə bağlı İH-dən bildirilmişdi ki, vətəndaşa məxsus ərazinin texniki sənədi olmadığından həmin hasarlar sökülüb. Məhkəmənin bugünkü qərarında isə İcra Hakimiyyətindən həmin sənədin verilməsi tələb olunur.

Qeyd edək ki, yanvarın 30-da İlham Əliyevin imzaladığı müvafiq sərəncamla Süleyman Surxay oğlu Mikayılov Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

64 yaşlı S.Mikayılov 2010-cu ildən bu vəzifəni icra edirdi.

Tarix
2026.02.16 / 17:26
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı-Tiflis-Qars dəmir yolu Çinə qədər uzanacaq?

Nümayəndə heyətimiz Pezeşkiana başsağlığı verdi - Video

Rəsmilərimiz Xameneinin vida mərasimində... - Video

Leyenin Bakı mesajı: Yanaşma dəyişir, AB-nin məqsədi...

Simonyanın “vurulmasında” Moskva izi...

Ölkəmiz Avropanın etibarlı tərəfdaşına çevrilir

İlham Əliyev Lukaşenkonu təbrik etdi

Etimadın sirri: İlham Əliyevə dəstəyin səbəbləri...

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla