Yuxarı

TƏBİB-in yeni sədri kim olacaq? – Namizədlər…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
TƏBİB-in yeni sədri kim olacaq? – Namizədlər…

Bu gün TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edildi. Hazırda səhiyyə camiəsində əsas müzakirə mövzusu onun yerinə kimin təyin olunacağıdır.

Axar.az xəbər verir ki, bu barədə Bakupost.az-a TƏBİB-ə yaxın mənbələrdən məlumat verilib.

Bildirilib ki, bu posta Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elçin Əmirovun namizədliyi gündəmdədir. Lakin vurğulanır ki, Elçin Əmirovun hazırda “vurulan komanda”ya yaxın fiqur kimi qiymətləndirilməsi onun namizədliyinə münasibətdə müəyyən suallar yaradır.

Kuluarlarda bu səbəbdən onun bu postu alacağına tam əminlik olmadığı da qeyd olunur.

Elçin Əmirov Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi vəzifəsinə 2021-ci ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev əmriylə gətirilib.

Digər tərəfdən, əldə edilən başqa məlumatlara əsasən, yaxın günlərdə İcbari Tibbi Sığorta Agentliyində də ciddi kadr dəyişiklikləri gözlənilir. Bildirilir ki, qurumun strukturunda da yenilənmə aparılacaq və formalaşdırılacaq yeni idarəetmə modelinə TƏBİB-dən və ya icbari tibbi sığorta sistemindən kənar bir şəxsin gətirilməsi istisna olunmur.

Görünən odur ki, icraçı direktorun gedişi sadə kadr dəyişikliyi deyil, bütövlükdə səhiyyə idarəçiliyində yeni mərhələnin başlanğıcı ola bilər.

Qeyd edək ki, sədrin səlahiyyətləri icrası direktorun müavini Anar İsrafilova həvalə olunub.

Tarix
2026.02.16 / 17:15
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

Kərki Azərbaycana qaytarılır - Müzakirələr qızışır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla