Yuxarı

Onlar çox çalışsalar da, az pensiya alacaqlar - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onlar çox çalışsalar da, az pensiya alacaqlar - Açıqlama

Pensiya almaq məsələsi həmişə müzakirələrə səbəb olur. Xüsusən rəsmi iş yeri olmadan çalışanlar, əmək haqlarını yarı-yarı prinsipi ilə alanlar yekunda pensiya məbləğlərindən narazı qalırlar. Eləcə də, pensiyaların valideyndən övlada ötürülməməsi də insanları gileyləndirən məsələlərə daxildir.

Axar.az xəbər verir ki, iqtisadçı Eldəniz Əmirov lent.az-a açıqlamasında bildirib ki, maaşların tam rəsmiləşdirilməməsinin pensiya məbləğinə ciddi təsir etdiyini bildirib.

"Pensiya sistemi əsasən sığorta prinsiplərinə söykənir. Yəni vətəndaşın ödəyəcəyi sosial sığota haqları ilə alacağı pensiya arasında birbaşa əlaqə var. Pensiya vətəndaşın fərdi hesabında toplanır və kapitala çevrilir. Pensiya məbləği fərdi hesabda toplanan kapitala, sığorta stajına və mövcud qanunvericiliyə uyğun hesablanır. Prinsip etibarı ilə bu, düzgün model hesab olunur və müasir yanaşmalara uyğundur.

Problem pensiyanın hesablama mexanizmində yox, əmək bazarının strukturunda - kölgə məşğulluğu, maaşların tam rəsmiləşdirilməməsindədir. Bu isə öz növbəsində insanların pensiya kapitalının formalaşmasına mənfi təsir göstərir. Beləcə, vətəndaşlar nəticədə daha aşağı məbləğdə pensiya alırlar”, - ekspert deyib.

E.Əmirov vurğulayıb ki, ən çox müzakirələrə səbəb olan pensiya kapitalının valideyndən övlada ötürülməməsi məsələsidir:

“Bu mövzuda əsas müzakirələrdən biri insan hətta pensiyaya çıxmağa 1 ay qalmış belə, dünyasını dəyişdikdə kapitaldan onun varislərinin birbaşa istifadə edə bilməməsidir. Düzdür, həyat yoldaşı öz pensiyasından imtina edərək, vəfat etmiş ərin pensiyasından istifadə edə bilir. Amma hər iki şəxs həyatda yoxdursa, onların övladları bu kapitaldan istifadə edə bilmir. Eləcə də, həyat yoldaşının pensiyası dünyasını dəyişəninkindən çoxdursa, o zaman da həmin kapitaldan istifadə etmək olmur. Düşünürəm ki, ən müzakirəyə açıq olan məsələ heç olmasa toplanan kapitaldan istifadə etməklə bağlıdır”.

Tarix
2026.02.20 / 17:17
Müəllif
Axar.az
Digər xəbərlər

Məlahət Gözəlova rəis müavini təyin olundu

Səfirlikdən bəyanat: Prezidentin korteji otelə yaxınlaşarkən...

Prezidentlər arasında məktub mübadiləsi...

Mehmanın Mehdiyev və FSB etirafı – Niyə “rusca”?

Zülfüqarov ABŞ-dakı insidentdən nələr dedi...

Prezident mühafizəçiləri onları niyə və necə döydü? - Video

Prezident Sülh Şurasının ilk iclasında... - Video

Əliyev Trampın təklifini buna görə qəbul etdi - Rusiyadan baxış

MM bu konvensiyanı ratifikasiya etdi

Dostum Eminlə nə baş verir? - Sabiq millət vəkili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla