Yuxarı

AZCON-un Müşahidə Şurasına yeni üzvlər təyin edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AZCON-un Müşahidə Şurasına yeni üzvlər təyin edildi

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) Müşahidə Şurasına yeni üzvlər təyin edilib.

Axar.az APA-ya istinadən xəbər verir ki, Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədrinin müavini Eldar Məcidov və maliyyə nazirinin birinci müavini Anar Kərimov Şuranın üzvləri təyin edilib.

Qeyd edək ki, 2024-cü ilin noyabr ayında Prezident İlham Əliyevin Sərəncamı ilə AZCON Müşahidə Şurasının tərkibi təsdiq edilib. Sənədə əsasən, Müşahidə Şurasının sədri rəqəmsal inkişaf və nəqliyyat naziri, üzvləri isə iqtisadiyyat nazirinin müavini, maliyyə nazirinin müavini, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin idarə heyətinin sədri, Dövlət Dəniz və Liman Agentliyi İdarə Heyətinin sədri və “Azərbaycan Kosmik Agentliyi”nin (Azərkosmos) İdarə Heyətinin sədridir.

Xatırladaq ki, E.Məcidov və A.Kərimovdan öncə ötən aya qədər maliyyə nazirinin müavini olmuş (hazırda iqtisadiyyat nazirinin müavini) Azər Bayramov və Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icraçısı olmuş ( hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) QSC-nin İdarə Heyətinin sədri) Əfqan Cəlilov Şuranın tərkibində yer alıb. A.Bayramov iqtisadiyyat nazirinin müavini, Ə.Cəlilov isə ASCO-nun idarə heyətinin sədri təyin edildikdən sonra AZCON-un Müşahidə Şurasının üzvlüyündən çıxarılıb.

Hazırda E.Məcidov və A.Kərimovla bərabər Şuranın üzvləri iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, “Dövlət Mülki Aviasiya Agentliyi”nin İdarə Heyəti sədrinin müavini Bəhruz Məlikov, Azərkosmos-un İdarə Heyəti sədrinin müavini Dünay Bədirxanovdur. Şuranın sədri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevdir.

Tarix
2026.02.20 / 17:30
Müəllif
Axar.az
Digər xəbərlər

Məlahət Gözəlova rəis müavini təyin olundu

Səfirlikdən bəyanat: Prezidentin korteji otelə yaxınlaşarkən...

Prezidentlər arasında məktub mübadiləsi...

Mehmanın Mehdiyev və FSB etirafı – Niyə “rusca”?

Zülfüqarov ABŞ-dakı insidentdən nələr dedi...

Prezident mühafizəçiləri onları niyə və necə döydü? - Video

Prezident Sülh Şurasının ilk iclasında... - Video

Əliyev Trampın təklifini buna görə qəbul etdi - Rusiyadan baxış

MM bu konvensiyanı ratifikasiya etdi

Dostum Eminlə nə baş verir? - Sabiq millət vəkili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla