Yuxarı

Mahalsız ötən 1 il

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mahalsız ötən 1 il

Avqustun 28-də tanınmış jurnalist, "Xalq qəzeti"nin sabiq baş redaktoru Mahal İsmayıloğlunun ölümündən bir il ötür. Avqustun qora bişirən günlərindən birində, qızı Ayan zəng edib xəbər vermişdi redaksiyaya onun ölümünü. Atasının telefonundan... Bizimkilər də həmin nömrədən gələn zəngi görəndə hər zamankı kimi sevinclə açmışdılar telefonu:

"Əfəndim, Mahal bəy... Eşidirik sizi..." Amma dəstəyin o biri ucunda ağlayan bir qızın səsi gəlirdi. "Atam yoxdur artıq..."

Sabah ailəsinin də, Azərbaycan mediasının da Mahal bəyi itirməsindən 1 il keçir. Bu 1 ildə mətbuat onun bir çox qatı açılmamış kəlamları, köşələri ilə tanış ola bilərdi. Ailəsi onunla bir çox sevincini, gözəl anlarını paylaşa bilərdi. Yaşaya, əzizlərinə daha xoş anlar, günlər yaşada da bilərdi...

Yenə qızı Ayan danışdı bizimlə. Mahal bəysiz keçən bir ilin özətini beləcə verir: "Bu bir il ailəmiz üçün çox acı keçdi. Əzablı, əziyyət dolu keçdi. Varlığı bizi nə qədər xoşbəxt edirdisə, yoxluğu incitdi. Hər səhər evimizdə söhbəti gedir. Ən çox xoş zarafatlarını yada salırıq. Hər səhər anamla onu xatırlayırıq. İnanın ki, bu insanın bir pis cəhəti də düşmür yadımıza. Bizi sıxan, xətrimizə dəyən heç bir cəhəti olmayıb. Nəyləsə bağlı əsəbləşəndə də bunu bizə biruzə verməyib, əksinə, bizimlə danışmağı, bunu bildirməməyə çalışıb".

Ayan atasız keçən bir ildə bəzi qohumlarının laqeydliyindən, mətbuatın, onun həmkarlarının soyuqluğundan şikayətləndi: "Atamın öz tərəfi laqeyd oldu. İstəməzdik ki, belə laqeyd olsunlar. Dostları da laqeyd oldu. Atam sıradan bir itki deyildi. Onu təkcə ailəsi yox, media itirdi. Ona görə də xatırlanmasını çox istəyərdik".

M.İsmayıloğlunun məzarı Ramana qəbiristanlığındadır. Ailəsi bu bir ildə tez-tez onu ziyarət edib. İl mərasimi isə Bakı şəhəri Binəqədi rayonu, Əcəmi Naxçıvan küçəsi 18 A ünvanında baş tutacaq. Mərasimlə bağlı əlavə məlumat almaq istəyənlər isə 051 560 80 50 telefon nömrəsi və [email protected] ailto:[email protected] ünvanı ilə əlaqə saxlaya bilərlər.

Yeni Müsavat xatırladır ki, son 19 ildə xəstəlik tanınmış jurnalistin yaxasından əl çəkməyib. İlk əməliyyat 1998-ci ildə noyabrın 2-də Ankara nümunəvi xəstəxanasında baş verib. Həmin vaxt ürəyinin 1 damarı dəyişdirilib. 2003-cü ilin aprel ayında miokard infarkt keçirib. 2004-cü ildə ürəyinin 4 damarından baypas əməliyyatı keçirib. 2010-cu ildə yenə ürəyindən ağır cərrahiyyə əməliyyatı keçirib. Ürəyinin 6 damarı dəyişdirilib.

2013-cü ildə isə daha bir ağır xəstəlik - böyrək çatışmazlığı da onda baş qaldırıb. Bütün cəhdlərə baxmayaraq müalicə mümkün olmayıb. 2014-cü ilin aprel ayında Türkiyədə sağ böyrəyi əməliyyatla götürülüb. Tezliklə eyni xəstəlik daha davamlı şəkildə sol böyrəkdə yaranıb. Böyrək çatışmazlığı ilə yaşamağa məcbur olub...

Həkimlər ona böyrək probleminin gizli şəkildə özünü göstərdiyini bildiriblər. Ailəsinə böyrəyində kista olduğu deyilib, xərçəng barədə məlumat verilməyib. M.İsmayıloğlu ölən günə qədər böyrəyində xərçəng olduğunu bilməyib.

Tarix
2016.08.27 / 10:17
Müəllif
Axar.az
Digər xəbərlər

"İçərişəhər"dəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla