Yuxarı

Baş nazir bu rəhbər şəxsləri topladı - İclas

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş nazir bu rəhbər şəxsləri topladı - İclas

Bu gün İqtisadi Şuranın növbəti iclası keçirilib.

Bu barədə Axar.az-a Nazirlər Kabinetindən məlumat verilib.

İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycan Respublikası Prezidentinin 30 may 2025-ci il tarixli Sərəncamındakı tapşırıqlardan irəli gələrək “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsi və əsas hədəflərin müzakirəsi, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın layihəsi, eləcə də 2025-ci ildə iqtisadi artım, onun əsas amilləri və fəaliyyət sahələrində mövcud vəziyyət, 2025-ci ilin yekunları üzrə makroiqtisadi və maliyyə sabitliyi sahəsində vəziyyət və siyasət istiqamətləri, habelə digər cari məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan məsələlər üzrə Baş nazirin müavinləri Samir Şərifov və Şahin Mustafayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov və Mərkəzi Bankın sədri Taleh Kazımov çıxış ediblər.

İclasda təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri tərəfindən rəy və təkliflər bildirilib.

İclasın yekununda “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsi və digər məsələlər barədə müvafiq tapşırıqlar verilib.

Tarix
2026.02.27 / 17:00
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla