Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun
Qarabağda cəbhə xəttini keçərək, ermənilərə divan tutmasının
əks-sədası hələ də davam edir.
İşğal edilmiş torpaqlarda və İrəvanda məskunlaşmış ermənilərin
Mübariz İbrahimovun adı gəldiyində yenə də həmin həyacanı
keçirdikləri də şübhəsizdir.
Amma şəhid qəhrəmanımızla bağlı yeni-yeni məlumatlar da üzə
çıxır. JAM.AZ Rusiyada yaşayan ermənilərə istinadən olduqca
sensassiyalı məlumat əldə edib. Krasnodarda yaşayan ermənilərin
iddiasına görə, Mübariz İbrahimovun son döyüş səhnəsi təsadüf
nəticəsində videolentə alınıb. Onların bildirdiyinə görə, döyüş
gedən ərazidə quraşdırılmış təhlükəsizlik kamerası vasitəsi ilə
çəkilmiş həmin görüntülər sonradan Qarabağda hərbi qulluqda olmuş
əsgərlərdən bir neçəsinin əlinə düşüb. Bir xeyli müddət həmin
görüntüləri gizli saxlayan erməni əsgərlər Rusiyada məskunlaşdıqdan
sonra onu üzə çıxarıblar.
Məlumatlarda qeyd olunur ki, həmin görüntülər hal hazırda
Rusiyada yaşayan ermənilərin mobil telefonlarında əl-əl gəzir.
Orada konkret olaraq nələrin təsvir olunduğu barədə isə əlavə
məlumatlar əldə etməyə və görüntüləri əldə etmək üçün
çalışırıq.
Onu da bildirək ki, bu iddia da ola bilər. Məlumatın nə dərəcədə
doğru olduğunu aydınlaşdırmaq üçün mümkün imkanlarımızdan istifadə
etməkdəyik.