Yuxarı

Bağırov körpüsündə qəza: yük yola dağıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bağırov körpüsündə qəza: yük yola dağıldı - Video

Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospekti, Bağırov körpüsü üzərindən geriyədönmədə yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Axar.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hərəkət zamanı yük avtomobilinin üzərində olan yükün bir hissəsi yola aşıb. Nəqliyyatın hərəkətində yaranan çətinliyin qısa müddətdə həll edilməsi və yükün yoldan götürülməsi üçün yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

"DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yük avtomobillərinin sürücülərinə müraciət edərək bildirir ki, Qanuna əsasən, yükün düşməməsi, hərəkətə mane olmaması üçün sürücü hərəkətə başlamazdan əvvəl və hərəkət vaxtı yükün yerləşdirilməsinə, bağlanmasına və vəziyyətinə nəzarət etməlidir.

Yük daşınarkən adamlar təhlükəyə məruz qoyulmamalı, şəxsi və ya digər əmlaka zərər vurulmamalıdır. Bununla yanaşı, nəqliyyat vasitəsindən yolun hərəkət hissəsinə düşən yük maneə yaratdıqda və onu dərhal aradan götürmək mümkün olmadıqda, sürücü qəza dayanma nişanı və ya yanıb-sönən qırmızı işıqlı portativ fənər qoymalıdır", - məlumatda qeyd edilir.

Tarix
2026.03.06 / 18:02
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident tapşırıq verdi: Diplomatlarımız təxliyə edildi

Bu hücumu qətiyyətlə pisləyirik - Pelleqrini

BMT də Naxçıvana hücuma səssiz qalmadı

Tsviyanoviçdən Əliyevə: Biz bunu qəti şəkildə qəbul etmirik

Bu səhifə Azərbaycanla bağlı dezinformasiya yayır

İlham Əliyev Babişə təşəkkür etdi

SEPAH Azərbaycanda bu hədəflərə hücum hazırladı - Video

Çexiya baş naziri İlham Əliyevə məktub göndərdi

Herisçi Təbrizdən müraciət yaydı: Onu məcbur ediblər? - Video

İlham Əliyev Vuçiçlə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla