Yuxarı

Üzeyir Cəfərov Səfər Əbiyevin müdafiəsinə qalxdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Aleksandr Vasyakın keçmiş Müdafiə naziri general-leytenant Səfər Əbiyevə yönəli ittihamları birmənalı qarşılanmayıb.

Hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, hər şeydən öncə general Vasyak dövlət dilimizdə danışmağı bacarmalıdır: "Necə olur ki, Yaponiyanın səfiri bir neçə illik Azərbaycanda işlədiyi müddətdə bu dili öyrənir, ancaq hörmətli generalımız, Azərbaycan vətəndaşı və bu qədər böyük vəzifə sahibi dövlət dilini bilmir?"

Ü.Cəfərov Aleksandr Vasyakın karyerasından da danışdı və onu döyüş görmüş peşəkar zabit saydığını dedi: "Ancaq onun peşəkar zabit olması hərbi nizamnaməni pozmasına səbəb ola bilməz. Onun keçmiş Müdafiə naziri Səfər Əbiyev haqqında elə ifadələr işlətməsi hərbi qaydaları və nizamnaməni kobud şəkildə pozmaqdır. Mən Səfər Əbiyev tərəfindən ən çox ziyan görmüş adamlardanam. Ancaq haqsızlığı deməliyəm. Vasyak general-mayor rütbəsi ilə özündən rütbəcə 2 pillə yuxarıda dayanan Səfər Əbiyev haqqında o cür fikirlər səsləndirməklə, hərbidəki subardinasiya qaydalarını kobud şəkildə pozdu".

Üzeyir Cəfərli Aleksandr Vasyak haqqında ölçü götürülməsi üçün Müdafiə nazirinə müraciət edəcəyini də dedi:

"Səfər Əbiyev Azərbaycan Silahlı qüvvələrindən xaric edilməyib və general-polkovnik rütbəsi ilə xidmət edir. Bu isə o deməkdir ki, general-mayor Vasyak ona tabedir. Səfər Əbiyev Aleksandr Vasyakı qeyri-qanuni olaraq Müdafiə Nazirliyi hesabına müalicə etdirib. İnsanlıq tərəfindən mən bunu başa düşürəm, ancaq buna külli miqdarda pul xərclənib. 10 il bu adam qeyri-xidmətdə olduğu zaman məvacib alıb. Vəzifəyə qoyulan kimi ona yaxşılıq edən keçmiş nazir haqqında o cür fikirlər səsləndirməyə başlayır?

Səfər Əbiyev Ali Baş Komandanın sərəncamında olan generaldır, ona olan tənqidlər heç bir halda təhqir səviyyəsinə enməməlidir".

Tarix
2013.11.05 / 16:39
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

AB-dən ABŞ-ın rüsum qərarı ilə bağlı sərt gedişat

Ermənilərin işgəncə vermələrini əks etdirən kadrlar göstərildi

"AccessBank"ın xalis mənfəəti 7 milyon manat azaldı

Xəzər dənizi barədə son açıqlama: Quruyacaqmı?

"Aqro Point"in nizamnamə kapitalı yenə azaldı

Ələsgər Ələsgərov nazir müavini təyin olundu

Bakı və İrəvanın danışıqları... - Tramp

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

NK kənd təsərrüfatı ilə bağlı bu qərarı dəyişdi

ABŞ-dan Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla